yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Baku loves you” yazın, şəhərdə pulsuz internetə girin

“Baku loves you” yazın, şəhərdə pulsuz internetə girin
10-05-2017, 22:01 46 232 dəfə baxılıb
yüklənir...

Bu gündən etibarən, Dənizkənarı Milli Park ərazisinin “Ağ şəhər” zonasını, “Sahil bağı” və Heydər Əliyev Mərkəzinin parkını ziyarət edənlər pulsuz wifi xidmətindən faydalana bilərlər.

Daxil olan məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (“Baktelecom”) IV İslam Həmrəyliyi Oyunları zamanı paytaxt ərazisinə turist axınını və şəbəkənin istifadəçilər tərəfindən aktiv istismarını nəzərə alaraq “İctimai İnternet” şəbəkəsinin əhatə dairəsini bir qədər də genişləndirib.

Yaxın zamanlarda istifadəçilər üçün yeni, daha rahat qeydiyyat sisteminin tətbiqi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda mobil telefon, notebook, planşet və s. portativ cihazlarla şəbəkə siyahısından “Baktelecom”-la yanaşı, bəzi ərazilərdə “Baku loves you” adını seçməklə mobil nömrə vasitəsilə qeydiyyatdan keçmək və pulsuz internetdən istifadə etmək mümkündür.

Məlumat üçün bildirək ki, “Dənizkənarı Milli Park” və “İçərişəhər” Tarix-Memarlıq Qoruğu ərazisində istismara verildiyi gündən indiyədək artıq 150 minə qədər istifadəçi pulsuz internet xidmətindən yararlanıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: internete, Baku, girin, yazin, pulsuz, sheherde, you, loves
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ