SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Başçı qaçqınları hökumətlə üz-üzə qoyur - Süleyman Mikayılovdan TƏXRİBAT

Başçı qaçqınları hökumətlə üz-üzə qoyur - Süleyman Mikayılovdan TƏXRİBAT

Tarix:

10-05-2017, 09:50

/ 38 876 dəfə oxundu.
Başçı qaçqınları hökumətlə üz-üzə qoyur - Süleyman Mikayılovdan TƏXRİBAT

"Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Sahil qəsəbəsi üzrə nümayəndəlinin sədri Əkbər Fərəcov bizə məlumat verdi ki, yaşadığınız evlər söküləcək. Lap yaxşı deyib razılaşdıq, sual verdik ki, hansı əsasla? Cavabı bu oldu ki, ərazi plana düşüb. Bildirildi ki, bununla bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə də bununla bağlı məlumat veriləcək. Amma sonradan gəldilər ki, artıq sizə Ümid qəsəbəsində iki sot torpaq yeri ayrılıb, bir az daş, 3000 manat da pul veriləcək ki, buranı boşaldasınız. Biri mənə izah edə bilmir ki, 3 min manata ev tikmək olarmı? Mənim övladlarım məktəblidir. Mən də dedim ki, sözügedən məbləğə mənzil tikmək mümkündürsə, siz tikin, biz də gedək yaşayaq". Xatırladaq ki, bu müraciət bir neçə gün əvvəl Qaradağ rayonu ərazisində məskunlaşan qaçqın ailələri adından edilmişdi.
Eyni problem hələ də qaldığından qaçqın ailələri bu dəfə dövlət başçısına müraciət etmək fikrindədirlər. Sakinlər bildirir ki, onlara qarşı planın arxasında birbaşa olaraq Qaradağ raypn icra hakimiyyətinin başçısı Süleyman Mikayılov və onun qardaşı Bağır dayanır.
Narazı qaçqın ailələri yazır: "Onlar evlərimizin yerində göydələn ucaltmaq istəyirlər. Amma başa düşmürlər ki, bu niyyətlərini barbarcasına edə bilməzlər. Azərbaycan dövləti var və şükürlər olsun ki, onun başında da xalqının bütün hüquqlarını qoruyan İlham Əliyev kimi prezidenti var. Biz də prezidentdən kömək istəyirik".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Dia.az

Şərhlər

XƏBƏR LENTİ