SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Neftçi oğlunun dərdinə dözə bilməyən ana öldü

Neftçi oğlunun dərdinə dözə bilməyən ana öldü

Tarix:

9-05-2017, 13:14

/ 58 009 dəfə oxundu.
Neftçi oğlunun dərdinə dözə bilməyən ana öldü

Əsədov Samirin anası ürək çatışmazlığından dünyasını dəyişib

Ötən il dekabrın 15-də estakadanın uçması nəticəsində itkin düşən 10 neftçidən birinin meyiti hələ də tapılmayıb.

Hələ də tapılmayan yeganə neftçi, Ələt qəsəbə sakini Əsədov Samirin anası Məleykə xanım ürək çatışmazlığından dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, 5 aydır oğlundan xəbər ala bilməyən gənc neftçinin anası oğul dərdinə dözə bilməyib.

Xatırladaq ki, ötən il dekabrın 15-də Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft-Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Nəticədə Neft-Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

Şərhlər

XƏBƏR LENTİ