SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıda “Rahat” market şəbəkəsinin daha bir fırıldağı ifşa oldu - İttihamlar

Bakıda “Rahat” market şəbəkəsinin daha bir fırıldağı ifşa oldu - İttihamlar

Tarix:

9-05-2017, 09:56

/ 60 876 dəfə oxundu.
Bakıda “Rahat” market şəbəkəsinin daha bir fırıldağı ifşa oldu - İttihamlar

“Artıq ikinci dəfədir ki, Nərimanovda yerləşən "Rahat" marketdən alış-veriş edəndən sonra kassada malın üzərində yazılan qiymətlə kassirin kömpüterə vurduğu qiymət arasında tərs mütənasiblik yaranır”
Bunu Feysbuk istifadəçisi Zaur Əkbər yazıb. Onun sözlərinə görə, kolbasa məhsulunda 44 qəpik fərqin şahidi olub:
“Kassirə qiymətin düzgün vurulmadığını bildirirəm. O, da admisintratoru çağırır, qiyməti araşdırır və artıq yazıldığını etiraf edir.
Elə ordaca, camaatın içində administratora deyirəm ki, hamı oğurluqla məşğuldur, heç olmasa siz bunu etməyin. Deyilənə görə də, market "hacı" adama məxsusdur”.
Ümumiyyətlə, müştərilər marketlərdə qiymətlərdə aldadılır. Dəfələrlə olub ki, vitrindəki qiymətlə kassada qəbzə vurulan məbləğ arasında fərq yaranıb.
Manatın ucuzlaşmasından sonra ərzaq və geyim malları mağazalarında qiymət artımı müşahidə olunur. Bəzi hallarda isə mağazalar alıcıları aldadır.
Belə ki, malların üzərinə qeyd edilən qiymətlə kassa çekindəki qiymətlər fərqlənir. Yəni, kassada mal baha qiymətlə hesablanır. Bir müddət əvvəl “Rahat” market müştəriləri aldatmaqda ittiham olunmuşdu.
Xatırladaq ki, ötən il noyabrın 21-də Sputnik-də yayımlanan “Marketlərdə əhaliyə qarşı bu fırıldağa da əl atdılar” başlıqlı reportajda, “Rahat” market tərəfindən aldadıldığını bildirən paytaxt sakininin fikirləri yer alıb.
Vətəndaş vitrində, hər zaman aldığı “Calgon”un qiymətinin 9.4 manat göstərildiyini, lakin ondan 17.5 manat pul alındığını bildirmişdi.
Son günlər bəzi mətbuat orqanlarında “Neptun” supermarketlər şəbəkəsinin müştəriləri aldatdığı, onlara kampaniya, endirim adı ilə kələk gəldiyi barədə informasiyalar yayılır.
İddialara görə, marketlər şəbəkəsi alıcıları stimullaşdırmaq, onları “tora salmaq” üçün müxtəlif aldadıcı kampaniyalardan istifadə edir.
Şirkət müxtəlif endirimlər etdiyini desə də, əslində bu baş vermir. Alıcılar şişirdilmiş qiymətə aldığı məhsullara görə, nəinki büdcəsinə qənaət edir, əksinə, daha artıq xərcə düşürlər.
Marketlərdə vaxtı keçmiş məhsullarla qarşılaşarkən bəzən mağaza rəhbərliyi firmaları ittiham edir.
Əsas olaraq isə deyirlər ki, məhsulları vitrinlərə firmaların işçiləri yığır. Guya, bu zaman belə səhlənkarlığa firma işçiləri yol verir.
İstifadə müddəti başa çatmış məhsulların satışı daha çox məhəllə marketlərində müşahidə olunur.
Məhsulun üzərində istehsal və saxlama müddətinin dəqiq göstərilməsi və mağazalarda buna xüsusi diqqət yetirilməsi əslində heç nəyi dəyişmir.
Yəni aldığımız məhsulların üzərində istifadə müddəti göstərilsə də bu rəqəmlər həqiqəti əks etdirməyə də bilər. Çünki sahibkarlar alıcıları aldatmaq və daha çox qazanc əldə etmək üçün yeni yollar tapıblar.

Qarşı tərəfi dinlməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ