SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Zakir Həsənov əmr verdi - Veteranlarla bağlı

Zakir Həsənov əmr verdi - Veteranlarla bağlı

Tarix:

8-05-2017, 19:41

/ 76 005 dəfə oxundu.
Zakir Həsənov əmr verdi - Veteranlarla bağlı

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının konfrans zalında Böyük Vətən müharibəsinin veteranları ilə görüş keçirilib

Əvvəlcə Böyük Vətən müharibəsi veteranları 9 May Qələbə Günü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin şəxsi heyəti adından təbrik edilib.

Sonra qələbənin 72-ci ildönümü ilə əlaqədar veteranların mükafatlandırılması haqqında müdafiə nazirinin əmri oxunub və onlara hədiyyələr təqdim olunub.

Təşkilatın sədri, istefada olan general-mayor Dadaş Rzayev və çıxış edən digər veteranlar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Şərhlər

XƏBƏR LENTİ