XalqXəbər.Az

Nazir müavinlərinin davası qızışdı: Ceyhun Bayramovla Mətin Eynullayevin savaşının təfərrüatı

yüklənir...
Nazir müavinlərinin davası qızışdı: Ceyhun Bayramovla Mətin Eynullayevin savaşının təfərrüatı
21-01-2017, 00:23
yüklənir...

Təhsil nazirinin iki müavini arasında nüfuz savaşı davam edir

Nazirlikdən sızan xəbərdə deyilir ki, Mikayıl Cabbarovun iki adamı - Ceyhun Bayramovla Mətin Eynullayevin birincilik mübarizə qızışıb.

Eynullayevin yeni müavin təyin olunması Bayramovla çəkişməsini dərinləşdirib. Təhsil Nazirliyi Aparatının rəhbəri olmuş M.Eynullayevin karyera yüksəlişi C.Bayramovun ürəyincə olmayıb.

Məlumatlı mənbənin bilgilərinə görə, nazir müavinlərinin qarşıdurmasının əsas hədəfi kimin birinciliyi ələ keçirəcəyidir. Eyni zamanda nazirlikdə əsas söz sahibi olmaq uğrunda mübarizə aparılır.

Nazirlikdən sızan xəbərdə deyilir ki, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində hüquqşünas kimi çalışmış Mətin Eynullayevin təhsilin idarə olunması ilə əlaqədar heç bir təcrübəsi yoxdur.

Təhsil naziri Mikayıl Cabbarovun köməkçisi Anar Mahmudovun Mətin Eynullayevin qaynı olduğunu bildirən mənbə iddia edir ki, nazir İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində onunla birlikdə çalışanların bir qismini Təhsil Nazirliyində yüksək vəzifə ilə təmin edib.

Ceyhun Bayramov isə 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə "Salans Hertzfeld & Heilbronn (Baku) Limited" şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə "OMNİ" hüquq şirkətinin direktoru olub.

Gördüyünüz kimi, o, indiyədək təhsil sistemi ilə bağlı heç bir işdə çalışmayıb, lakin qardaşının - maliyyə nazirinin müavini Azər Bayramovun vasitəsi ilə təhsil nazirinin müavini postuna yiyələnməyi bacarıb.

Beləcə hər iki müavin və nazir başda olmaqla təhsil sahəsindən uzaq kadrlardır. Hətta C.Bayramov nəinki M.Eynullayevlə mübarizədədir, nazir olmağa da hazırlaşır.

Ceyhun Bayramovun Mikayıl Cabbarovun sinif yoldaşı və yaxın dostu olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, onlar "Çto? Qde? Koqda?" yarışmasında bir komandada mübarizə aparıblar. Hər iki müavin nazirə çox yaxın adamlar olsa da, nüfuz savaşında bu amil ikinci plana keçir.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.