SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Üç enerji məmurunun geri sayımı: şok korrupsiya faktları araşdırılır

Üç enerji məmurunun geri sayımı: şok korrupsiya faktları araşdırılır

Tarix:

21-01-2017, 00:04

/ 2 769 dəfə oxundu.
Üç enerji məmurunun geri sayımı: şok korrupsiya faktları araşdırılır

Ölkənin üç enerji qurumuna rəhbərlik edən məmurlar üçün gerisayım başlayıb

Daxil olan xəbərə görə, ləğvi nəzərdə tutulan enerji şirkətlərinin fəaliyyəti təftiş olunur.

Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti, “Bakı Enerji Tikinti” ASC, “İstilik enerji istehsalat” MMC-nin maliyyə maxinasiyaları araşdırılır. Onların geridə qalan dövr ərzində həyata keçirdiyi işlər, yola verdiyi nöqsanlar, korrupsiya halları yoxlanılır.

Bu qurumların ayrı-ayrılıqda fəaliyyəti büdcəyə israfçılıq kimi qiymətləndirilib. Qərara alınıb ki, digər qurumlar da ondan fərqlənmir və struktur isalahatları başlansın.

Adıçəkilən enerji qurumlarının ləğv edilərək bir ASC tərkibində işləməsi məsləhət görülüb. Bununla büdcəyə ciddi şəkildə qənaət edilmiş olacaq. Sözügedən qurumlarda kütləvi ixtisarların olacağı da istisna edilmir.

Daxil olan xəbərə görə, artıq strukturlar ləğv olunmalı, onlara yönələn vəsait digər sahələrə xərclənməlidir. Hətta dövlət rəsmiləri və deputatlar da təsdiqləyirlər ki, 2017-ci ildə lazımsız strukturlar birləşəcək.

Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin fəaliyyətində ciddi korrupsiya faktları aşkarlana bilər. Prezidentin də bu şirkətin işindən narazı olduğu deyilir.
Agentlik sədri Akim Bədəlov MTN işinə görə vəzifəsindən qovulan bacısı oğlu Pərviz Vəliyevlə bağlı başı bəlaya girmişdi.

P.Vəliyevin xaricdə biznes qurmasının da üzə çıxması dayısını zor duruma salmışdı. Ancaq gələn son xəbərlərə görə A.Bədəlov yuxarı dairələrdəki bəzi dayaqlarının nüfuzu hesabına özünü sığortlayıb.

“Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzini” qanunsuz ələ keçirməsi ilə gündəmə gələn agentlik sədri MTN cəncəlindən yaxasını qurtarıb. Ona yuxarı eşelonda güclü bir qüvvənin dayaq olduğu iddia edilir. Əks halda A.Bədəlov üçün yaxşı sonluq gözlənilmirdi.

A.Bədəlov balansında çoxlu sayda obyekt, torpaq sahəsi olan və mərhum dövlət katibi Tofiq İsmayılov tərəfindən yaradılan “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzini MTN rəhbərliyinin köməkliyi ilə, saxta notarial sənədlərlə ələ keçirib. Bu iddianı mətbuata mərhum Tofiq İsmayılovun qızı Səbinə Simayılova açıqlamışdı.

Şərhlər

XƏBƏR LENTİ