SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanda yetkin gənclər siyasəti Heydər Əliyev hakimiyyətə gəldikdən sonra başlanıb - Tahir Süleymanov

Azərbaycanda yetkin gənclər siyasəti Heydər Əliyev hakimiyyətə gəldikdən sonra başlanıb - Tahir Süleymanov

Tarix:

4-05-2017, 12:35

/ 140 153 dəfə oxundu.
Azərbaycanda yetkin gənclər siyasəti Heydər Əliyev hakimiyyətə gəldikdən sonra başlanıb - Tahir Süleymanov

"1990-cı illərdə ölkə olduqca xaotik vəziyyətdə idi. Azərbaycanda yetkin gənclər siyasəti Heydər Əliyev hakimiyyətə gəldikdən sonra başlanıb. Gənclər siyasətinin əsasını dövlətin gənclərə qayğısı təşkil edir".
Bu barədə ümummilli lider Heydər Əliyevin 94-cu illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbəsinin müdir müavini Tahir Süleymanov bildirib.
T.Süleymanov deyib ki, ölkə həmin illərdə qaynar qazana bənzəyirdi: "Yoxsulluğun səviyyəsi ən yuxarı həddə idi. Ancaq Heydər Əliyevin uğurlu siyasəti nəticəsində ölkə inkişaf etdi. Bu gün Azərbaycan yeganə ölkələrdəndir ki, ölkədə həm Gənclər və İdman Nazirliyi, həmçinin də Gənclər Fondu var. Bu dövlətin gənclərə qayğısının bariz nümunəsidir".

Şərhlər

XƏBƏR LENTİ