SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Prezident İlham Əliyev Milli Qəhrəmanlarla bağlı fərman imzaladı - Dəyişiklik

Prezident İlham Əliyev Milli Qəhrəmanlarla bağlı fərman imzaladı - Dəyişiklik

Tarix:

3-05-2017, 18:59

/ 141 491 dəfə oxundu.
Prezident İlham Əliyev Milli Qəhrəmanlarla bağlı fərman imzaladı - Dəyişiklik

Prezident İlham Əliyev Milli Qəhrəmanlarla bağlı fərman imzalayıb.
Azərbaycanın Milli Qəhrəmanı adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə, Azərbaycan prezidentinin təqaüdü Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin dul arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, bu kateqoriyalardan ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, bununla bağlı birinci növbədən olan digər qohumları yoxdursa, baba və nənələrinə (bütün bu hallarda təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödəniləcək.
Bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2005-ci il 14 iyul tarixli 258 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərmanında əksini tapıb.
İndiyə qədər Azərbaycanın Milli Qəhrəmanı adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin dul arvadına və 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı uşaqlarına, təqaüdü almaq hüququ olan Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin dul arvadı və uşaqları olmadıqda, valideynlərinə ödənilib.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün ayda 1300 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.

Şərhlər

XƏBƏR LENTİ