SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Cızz-bızz" restoranında müştəriyə qarşı biabırçılıq

"Cızz-bızz" restoranında müştəriyə qarşı biabırçılıq

Tarix:

30-04-2017, 13:29

/ 87 546 dəfə oxundu.
"Cızz-bızz" restoranında müştəriyə qarşı biabırçılıq

“Şikayətim İçərişəhərdə yerləşən "Cızz-bızz" restoranındandır. İki nəfər getmişdik. 6 dənə şabalıd qutabı sifariş verdik. Adama 3 dənə. Ofisiant qız sifarişi götürdü. Üstündən 5 dəqiqə sonra ofisiant oğlan yaxınlaşdı ki, ən azı 10 dənə qutban sifariş verməlisiz”.
Bunu Feysbuk istifadəçisi olan Bakinka Əliyeva yazıb. Onun sözlərinə görə, Bakının məşhur restoranında 10 qutab sifariş etməsən müştəri sayılmırsan:
“Söhbət puldan getmir. Onsuz da bap-balaca qutabın dənəsi 1 manatdır. Nəyə görə biz hansısa restoranda hansısa adamların şərtinə əsasən sifariş verməliyik?
Harda yazılıb ki 6 dənə qutab sifariş verən klientə xidmət göstərilmir? Bundan sonra ayağımızı da basmayacayıq ora”.
Ümumiyyətlə İçərişəhərdə yerləşən “Cızbız” restoranı müştəriləri aldatmaqla məşğuldur. Bundan qabaq müştəri, sifariş verdikləri yeməyə görə onlardan ümumilikdə 134 AZN pul alındığını bildirmişdi.
Belə ki, restoranda müştərilərə sifariş verdikləri yeməklə yanaşı onlara xiyar pomidordan ibarət yay salatı verilib. Salatın qiyməti menyuya yazılmasa da tək 10 ədəd xiyar və 10 ədəd pomidora görə müştərilərdən 30 AZN pul alınıb.
Bundan əlavə, müştərilərdən xidmət haqqı (çayvoy) da çekdə müştərinin mütləq ödəməli olduğu bildirilib.
Bakıda müştərisi bol olan restoranlar depozit əsasında fəaliyyət göstərəməyə başlayıb.
Müştəri masa arxasına əyləşdikdə nə sifariş verməsindən asılı olmayaraq restoranın minimum məbləğini ödəməlidir.
Bu məbləğ isə adətən 50 manatla 150 manat arasında dəyişir. Restoran rəhbərliyi bu addımın hər bir masadan normal qazanc əldə etmək üçün atıldığını bildirir.
Depozitlərin digər məqsədi müştəriləri müəyyən maddi-sosial təbəqədə formalaşdırmaqdır.
Belə depozitlər əsasən həftə sonu günün ikinci yarısında və ya xüsusi günlərdə daha çox tətbiq edilir və əvvəlcədən müştəriyə məlumat verilir. Bu hal isə bəzilərinin narazılığına səbəb olur.
Bu hal qanunla tənzimlənmədiyindən restoranlar sui-istifadə edirlər. Müştərilər bu hala yalnız həmin restoranı boykot etməklə cavab verə bilər ki, sahibkar qaydaları ləğv etməyə məcbur olsun.

Şərhlər

XƏBƏR LENTİ