SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qızıl alverçiləri gənc qıza silah dayadılar - 66 minlik qalmaqalda Milli Qəhrəmanın adı keçir

Qızıl alverçiləri gənc qıza silah dayadılar - 66 minlik qalmaqalda Milli Qəhrəmanın adı keçir

Tarix:

28-04-2017, 17:10

/ 111 036 dəfə oxundu.
Qızıl alverçiləri gənc qıza silah dayadılar - 66 minlik qalmaqalda Milli Qəhrəmanın adı keçir

Özünü Milli Qəhrəman Zabit Quliyevin yaxın adamları kimi təxdim edən qızıl alverçiləri Zəngilandan köçkün düşən ailənin qızına zor tətbiq edərək, külli miqdarda borca imza atdırıblar.
Bu barədə zərərçəkən Gözəl Abasquluyevanın anası Zülfünaz Abasquluyeva məlumat verib.
"Qızım "Azərpoçt”da, Mətanət isə Azərbaycan Dövlət Pedaqoji Universitetində kitabxanada işləyirdi. Hər ikisinin iş yerləri yaxın olub və şərait elə yaraıb ki, tanışlıqları yaranıb. Həmin vaxt Mətanət qızıl və başqa şeylərin alveri ilə məşğul imiş. Qızımı da bu işə cəlb edib. Gözəl Mətanətdən 28 min manatlıq qızıl götürüb və satıb. Lakin pulun 23 min manatını qaytarıb. Mətanətə 5000 min manat borclu qalıb. Mətanət də onun pulu qaytara bilməməsindən istifadə edib. Öz qohumu olan veteran Şahlar Məlikovla birləşərək qızımı silah gücünə Xətai rayonundakı 52 saylı Notariat Kontoruna aparaq, 66 min 500 dollarlıq sənədə imza atdırıb.
Mətanət məni tanıyırdı, gəlib problemi mənə demək əvəzinə qızımı qorxuzub. Şahlar qızıma deyib ki, "səni öldürərəm, həm də bütün veteranları mamanın iş yerinə tökərəm”.
Şahlar deyib ki, mənim arxamda Milli Qəhrəman Zabit Quliyev durur, sənədə qol çəkməyə getməsən, səni öldürəcəyəm. Maraqlıdır ki, torpaq uğrunda vuruşan biri anasının xəbəri olmadan cavan bir qızın başına niyə bu oyunu açır? Mən bütün bu prosesləri həmin hadisədən 6 ay sonra bilmişəm. Belə ki, Şahlar mənim iş yerimə gələrək qızımın ona borcu olduğunu dedi. Hansı borcu soruşanda isə məsələlərin üstü açıldı”.
Zülfünaz Abasquluyeva məsələ ilə bağlı məhkəməyə müraciət etdiklərini, lakin bütün instansiyalarda uduzduqlarını vurğulayıb: "Hadisəni bildikdən sonra Binəqədi rayon Məhkəməsinə müraciət etdim. Hakim Şeyda Məhərrəmova Şahların xeyrinə qərar verdi. Daha sonra Apellyasiya Məhkəməsinin hakimi Cəmilə Şəfiyeva da qərarı qüvvədə saxladı. Son olaraq isə Ali Məhkəmənin hakimi Nəsrəddin İbadov da Şahların xeyrinə olan qərar verdi. Hazırda qızım yaşadığı stresslərə görə Bakı Sağlamlıq Mərkəzində müalicə alır. Hətta Ali Məhkəmənin hakimi qızımın xəstəxanada olduğunu belə nəzərə almadan belə qərar çıxardı. Məhkəmədə Şahlara heç bir sual verilmədi. Hətta bizə belə danışmağa imkan vermədilər. Qızıma belə hadisə ilə bağlı heç bir sual vermirlər. Şahlardan da soruşmurlar sən kimsən ki, ortalıqda sənin adın keçir?. Yalnız notariusun verdiyi kağıza görə onların xeyrinə verirlər”.
Zərərçəkənin anası onu da əlavə edib ki, Şahlar Məlikovun imzalatdığı sənəd 6 illikdir: "Sənəddə qızılın qramını 120-130 dollardan hesablayıblar. 2015-ci ildə qızılın qramın necə 120-130 dollar ola bilərdi ki? Həmin vaxtı qızılın qramı 30-35 dollar olub. Amma heç bir məhkəmə buna baxmır. Qərarın qüvvədə qalması üçün qərarlar verirlər. Qızım xəstəxanada ola-ola Ali Məhkəmə qərar qəbul elədi.
Veteran Şahlar Moskva Univermağının qarşısında durur. Dediyinə görə, Milli Qəhrəman Zabit Quliyevin adamıdır. Mənə deyir ki, nə istəyirsən elə. Mənim arxamda Zabit Quliyev durur.
Eyni zamanda Mətanətlə Şahlar qohumdur. Şahlar qızımı da məhz Mətanətin istəyi aparıb qol çəkdirib. Qızım 5 min manatı verə bilməyəndə Mətanət Şahlara deyib ki, evin tək qızı olduğu üçün evi və maşını var, satıb ödəyər. Halbuki biz qaçqınıq və heç bir şeyimiz yoxdur.
Onu da qeyd edim ki, Şahlar təkcə mənim qızıma deyil, bir neçə nəfərin başına bu cür iş açıb. Hamısını da Xətai rayonundakı 52 saylı Notariat Kontoruna aparıb qol çəkdirib. Həmin Notariat Kontoruna gedib maraqlana bilərsiniz”.
Məsələ ilə bağlı dəfələrlə veteran Şahlar Məlikov və Mətanət Əyyubovanın mövqeyini öyrənməyə cəhd etsək də, bu mümkün olmadı.

BakiPost.az

Şərhlər

XƏBƏR LENTİ