SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Peşə Təhsili Agentliyinin direktoru Famil Mustafayevin məslətiçisi kimdir?

Peşə Təhsili Agentliyinin direktoru Famil Mustafayevin məslətiçisi kimdir?

Tarix:

27-04-2017, 16:49

/ 113 859 dəfə oxundu.
Peşə Təhsili Agentliyinin direktoru Famil Mustafayevin məslətiçisi kimdir?

Rəhim Ağamalıyev hansı keyfiyyətlərinə görə mərkəz direktoru təyin edilib?
Peşə Təhsili üzrə Dövət Agentliyinin direktoru Famil Mustafayevin fəaliyyətindəki qanunsuzluqlardan yazmağa və günahsız insanlara onun vuracağı ziyandan az da olsa, mühafizə etməyə davam edirik. Ötən yazılarımızda Agentlik direktorunun kadr siyasətinin əsas meyarlarından bəhs etmişdik. Bu yazıda da həmin mövzunu yeni çalarlarla davam etdirmək fikrindəyik. Famil Mustafayevin ağılasığmaz kadr siyasətinin prinsip və meyarlarını araşdırarkan məlum olub ki, sən demə, o, gördüyü bütün bu işləri 12 saylı Bakı Peşə Liseyinin hazırkı və 18 saylı Bakı Peşə Liseyinin keçmiş direktoru olmuş Rəhim Ağamalıyevin məsləhətləri ilə görürmüş. O Rəhim Ağamalıyev ki, vaxtı ilə Təhsil Nazirliyinin kadrlar idarəsinin rəisi vəzifəsində işləyərkən xaricdə təhsil alan tələbələrlə bağlı yaranmış ciddi problemlərin önəmli fiqurlarından biri olduğu üçün, sabiq Təhsil nazir Misir Mərdanov onu vəzifəsindən kənarlaşdırmışdı.
Bu barədə həmin dövrdə ölkə mətbuatında kifayət qədər yazılar dərc olunub və geniş təhlillər aparılıb. Rəhim Ağamalıyev bir müddət təhsil sistemindən uzaqlaşdırılsa da, sonradan Təhsil Nazirliyindəki dostlarının köməkliyi ilə 12 saylı Bakı Peşə Liseyinə direktor vəzifəsinə təyin olunmağı bacarıb. Hazırda Bakı şəhərində 4 peşə təhsili məktəbi birləşdirilərək yeni bir Peşə Təhsili Mərkəzi yaradılır və cənab Rəhim Ağamalıyev həmin mərkəzə direktor təyin edilir. R. Ağamalıyev hər yerdə də bəyan edir ki, məni bu mərkəzə Famil Mustafayev təyin edib və mən kimi istəsəm onu işlədəcəm, kiminlə işləmək istəməsəm, onu işdən çıxaracam. Mənə heç kəs heç nə deyə bilməz.
Çünki, Famil Mustafayev nə iş görürsə, mənim verdiyim məsləhətlərlə görür. Qeyd edək ki, şahidlərin deməsinə görə, cənab Rəhim Ağamalıyev mərkəz direktoru vəzifəsinə təyin olunduqdan sonra o qədər dəyişib ki, hətta illərlə bir sistemdə çiyin-çiyinə işlədiyi, hazırda isə onun işlədiyi mərkəzə birləşdirilən məktəb direktorlarını belə qəbul etmir. Hətta onunla görüşmək istəyən direktorlara sifariş göndərir ki, sizi yalnız qəbul günləri qəbul edə bilərəm. Bir şey çox maraqlıdır. Görəsən, Rəhim Ağamalıyevin hansı yüksək rəhbərlik metodu və iş keyfiyyəti o biri direktorlardan üstündür ki, hörmətli Famil Mustafayev məhz onu yeni yaradılan mərkəzə direktor təyin edir?!
Bu yerdə yaxın keçmişdə Rəhim Ağamalıyevlə aralarında baş vermiş bəzi xoşagəlməz hadisələri Famil Mustafayevə xatırlatmağa ehtiyac duyuruq.
Məlum olduğu kimi 2016/17-ci tədris ilində Bakı şəhərində fəaliyyət göstərən ilk peşə təhsili müəsissələrinə şagird qəbulu ASAN xidmət vasitəsi ilə həyata keçirildi. Səhv etmiriksə, bu ideyanın müəllifi elə Agentliyin direktoru Famil Mustafayevin özü olub. Əslində, ASAN xidmətlə peşə məktəblərinə qəbul aparmaqla bir çox mənfi hallar aradan qaldırılmış oldu. Lakin hələ qəbul tam qurtarmamış Təhsil Nazirliyində direktorların iştirakı ilə keçirilən iclasda cənab Mustafayev bəzi direktorların öz fəaliyyətləri ilə onun gördüyü bu işin üzərinə kölgə saldıqlarını bəyan etdi və konkret olaraq adlar çəkildi, bildirildi ki, ASAN xidmət vasitəsi ilə qəbul olunmuş şagirlərdən yenə nə isə umulur.... o zaman adı çəkilən 4 direktordan biri də məhz, cənab Rəhim Ağamalıyev idi! Həmin iclasda Agentlik direktoru ilə onun arasında ən azə 30-35 dəqiqəlik mübahisə olduğu hələ də iştirakçıların yadından çıxmayıb.
Bəs görəsən, necə oldu, nə baş verdi ki, Famil müəllim sonradan onun xeyirxah işinin üstünə kölgə salan Rəhim Ağamalıyevi və eləcədə adları həmin iclasda mənfiyə çəkilən digər 3 direktoru Mərkəz direktorları təyin etdi?! Axı, hamının gözü qarşısında gedən bu cür mənfi proseslərdən sonra hər şeyin ədalət prinsipi ilə həyata keçdiyini iddia etmək və səmimiyyətdən danışmaq nə dərəcədə doğrudur, cənab Famil Mustafayev?! Əgər peşə təhsili sistemində inqilab edib, yeni bir sistem yaratmaq və təhsilin inkişafı üçün iş görmək istəyirsinizsə, ilk növbədə kadr seçimində ehtiyatlı, ədalətli və qərəzsiz olmalısınız. Bu zaman biz mətbuat işçiləri də Təhsil Nazirliyinə və məxsusən Sizə dəstək olmaqdan özgə bir işlə məşğul olmazdı. Ancaq nə yazıqlar olsun ki, Peşə Təhsil Agentliyinin həyata keçirdiyi islahatların uğurla həyata keçəcəyinə, bu islahatların yaxın gələcəkdə müsbət nəticələr verəcəyinə bel bağlamaq mümükün deyil.
Çünki, işin bünövrəsi agentlik direktoru Famil Mustafayev tərəfindən zatən yanlış kadr siyasəti ilə tam tərsinə qoyulub. Ona görə də bu yanlışlıqların törədə biləcəyi ciddi fasadların qarşısını vaxtıda almaq məqsədi ilə zəruri tədbirlər görülməli, Peşə Təhsil sistemində həyata keçirilən kadr siyasətində mövcud olan sistemsizlik, anarxiya və digər mənfi hallar ortadan qaldırılmalı, bu sahədə sağlam mənəvi mühit yaradılmalıdır. Əks halda peşə təhsili sistemində baş verə biləcək fəlakət və tənəzzül qaçılmaz olacaq.

paralel.az

Şərhlər

XƏBƏR LENTİ