SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Süleyman Mikayılovdan Kəmaləddin Heydərova şikayət - "Onu yerində oturtmasanız..."

Süleyman Mikayılovdan Kəmaləddin Heydərova şikayət - "Onu yerində oturtmasanız..."

Tarix:

27-04-2017, 10:32

/ 89 841 dəfə oxundu.
Süleyman Mikayılovdan Kəmaləddin Heydərova şikayət - "Onu yerində oturtmasanız..."

Redaksiyamıza müraciət edən bir qrup sahibkar Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdan şikayət edirlər. Onların ünvanladıqları müraciətlərində maraqlı məqamlar da yer alıb. Həmin müraciəti bəzi ixtisarlarla təqdim edirik.
Sahibkarlar yazır: "Biz Qaradağ rayonunda daş karxanası icarədarlarıyıq. Əksəriyyətimiz səsini çıxara bilmir. Səsini çıxaran da açığa çıxa bilmir. Bu gün əslində Azərbaycanda sahibkarlara dövlət səviyyəsində göstərilən qayğını Qaradağda görmək olmur. Görmək bir yana, rayon rəhbəri Süleyman Mikayılov cənabları və xüsusən də onun qardaşı - Bağır Mikayılov bizləri o həddə çatdırıb ki, hətta intiharı belə düşünənlərimiz var.
Kənardan görünəni odur ki, daş karxanası olanlar milyon qazanır. Amma bu gün real vəziyyət elədir ki, daş karxanası olanlar özlərini ayaqda tutmaq uğrunda mübarizə aparırlar. Əslində biz sahibkarlar hər zaman dövlətə arxa duracaq durumda olmalıyıq. Amma Süleyman Mikayılovun üzərimizdəki hökmranlığı bizi səfil durumuna salıb. Daha nə edəcəyimizi, kimdən kömək istəyəcimizi də bilmirik. Hamımız onların girovlarıyıq".
Daha sonra yazan sahibkarlar bildirir: "Yaxşı bilirik ki, Süleyman Mikayılov Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova güvənir. Biz də elə Kəmaləddin müəllimə müraiət etmək, ondan kömək istəmək fikrindəyik.
Cənab nazir. Lütfən bizə kömək edin. Bizi Süleyman Mikayılovun zülmündən xilas edin. Artıq Bağırın oyunlarından canımız boğaza yığılıb. Hər gün müxtəlif bəhanlərlə qazandıqlarımızı əlimizdən alır. Əks variant isə mümkün deyil. Əgər siz bu gün adamınıza sahib çıxıb, onu yerində oturtmasanız, o zaman bundan daha çox Azərbaycan əziyyət çəkəcək. Çünki biz həm də minlərlə insanı işlədirik, minlərlə ailəyə dolanışıq yeriyik. Bizə kömək edin".
Sahibkarlar redaksiyamızın əməkdaşlarını reportaj üçün öz karxanalarına da dəvət ediblər. Yaxın vaxtlarda orada olub, gördüklərimizi də diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin.

Qarşı tərəfi də dinləməyə hazırıq...

dia.az

Şərhlər

XƏBƏR LENTİ