XalqXəbər.Az

Nazirin korpusunda “perestroyka”: səfirliklər bağlanır, ixtisarlar gedir

yüklənir...
Nazirin korpusunda “perestroyka”: səfirliklər bağlanır, ixtisarlar gedir
20-01-2017, 00:15
yüklənir...

Azərbaycanın Xarici İşlər Nazirliyi sistemində ixtisarlar aparıla bilər. Söhbət əsasən səfirliklərin və digər diplomatik nümayəndəliklərin sayının azaldılmasından gedir

Bu günlərdə Milli Məclisdə səslənən təkliflər də səfirliklərin və konsulluqların birləşdirlməsi istiqamətində addımların atılacağını istisna etmir.

Daxil olan məlumata görə, ölkə rəhbərliyi tərəfindən XİN qarşısında belə öhdəlik qoyulacağı gözlənilir. Dövlət büdcəsinə qənaət və devalvasiyadan irəli gələn ixtisarlar diplomatik korpusa da siraət etməkdədir.

Azərbaycanın xarici ölkələrdə 59 səfirliyi, 9 konsulluğu, 5 nümayəndəliyi fəaliyyət göstərir. Öncə müəyyən ediləcək ki, Azərbaycan üçün neçə səfirlik, konsulluq, nümayəndəlik lazımdır? Bu səfirlik, konsulluq və nümayəndəliklərin içərisində səmərəlilik məsələsi müzakirə olunmalıdır.

Bu istiqamətdə prioritetlər müəyyən edilməlidir. Avstriya təcrübəsi belədir, səfirliklərin səviyyəsi müəyyən olunur, hər hansı ölkədə səfirliyin açılması zərurəti ortaya çıxırsa, bütün səfirliklərin fəaliyyəti təhlil edilir.

Qeyd edilən təklif səfirliklərin və digər diplomatik nümayəndəliklərin sayının azaldılması ehtimalını gündəmə gətirib.

Böyük ehtimalla, hökumət bu addımı dövlət büdcəsinə qənaət etmək məqsədi ilə ata bilər. Xatırladaq ki, 2017-ci ilin dövlət büdcəsindən Azərbaycanın Xarici İşlər Nazirliyinə 9 963 208 manat vəsaitin ayrılması nəzərdə tutulur.

Daxil olan məlumata görə, bu rəqəm 2016-cı ildə 11 607 589 manat təşkil edib. Bu il üçün nəzərdə tutulan vəsait 2016-cı il ilə müqayisədə 1 644 381 azdır.

Ona görə də dövlət xərclərini azaltmaq üçün hökumət görünür, Xarici İşlər Nazirliyi sisteminin strukturunda dəyişiklik etmək qərarına gəlib.

Büdcəyə qənaət məqsədilə ləğv ediləcək qurumlar az deyil. Hələ ötən ilki devalvasiyadan sonra büdcə xərclərinin azaldılmasına nail olmaq üçün hökumətdə struktur islahatlarının həyata keçirilməsi təklif olunmuşdu. Bu sırada bəzi nazirliklərin, komitələrin birləşdirilməsi yer alırdı.

Hazırda ləğv olunması və ya birləşdirilməsi nəzərdə tutulan səfirliklərin, konsulluqların illik büdcəsi 3-4 milyon dollar etmir.

Bəzi analitiklərin fikrincə, xarici ölkələrdə səfirliklərimizin sayını azaltmaqla qənaət rejiminə keçməkdənsə ixtisarlar hesabına Diaspor Komitəsini Xarici İşlər Nazirliyinə biləşdirmək daha doğru yoldur.

Struktur optimallaşdırılması həm də strukturun dəyişməsi anlamına gəlir. Yəni, bəzi səfirliklər bir-biri ilə birləşdirilə bilər. Azərbaycan Avropada bu təcrübəni sınaqdan keçirib.

Uzaq ölkələrdə səfirliklərimiz yerləşir ki, onların fəaliyyəti mühüm əhəmiyyət kəsb etmir. Yaxın ölkələrdə yerləşən səfirliklərimiz bu funksiyanı yerinə yetirə bilər.
Bu baxımdan səfirliklərimiz optimallaşdırılmalı və fəaliyyətləri gücləndirilməldir. Ancaq bu haqda ciddi araşdırma aparıldıqdan sonra qərar verilməlidir.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.