SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Telman İsmayılov şikayət etdi

Telman İsmayılov şikayət etdi

Tarix:

22-04-2017, 14:48

/ 82 286 dəfə oxundu.
Telman İsmayılov şikayət etdi

Moskva vilayətinin Arbitraj Məhkəməsi Çerkizovo bazarının keçmiş sahibi, AST qrupunun qurucusu, iş adamı Telman İsmayılovun müflis elan edilməsi barədə məhkəmə qərarından apelyasiya şikayətini qeydə alıb.

Bu barədə iş materiallarında deyilir.
Martın 9-da vilayət arbitrajı iş adamını müflis elan edərək, İsmayılovun əmlakının satışı üzrə proseduru açıb. Cavabdehin maliyyə idarəedicisi kimi məhkəmə Valeri Kubelunu təsdiq edib. Vətəndaşın əmlakının satışı prosedurunun yekunlarına baxış üzrə iclas sentyabrın 6-na təyin olunub.
Vilayət arbitrajı 29 avqust 2016-cı il tarixdə “BM-Bank”ın vəsatəti üzrə İsmayılov barəsində borcların restrukturizasiyasını tətbiq edib. Elə həmin vaxt məhkəmə iş adamının kreditorlarının reyestrinə bankın 17,3 milyard rublluq tələbini əlavə edib.
Aprelin 4-də “BM-Bank”ın iddiası üzrə məhkəmə İsmayılova məxsus olan “Praqa-AST”nin müşahidə prosedurunu tətbiq edib.
Mayın 18-də isə məhkəmə İsmayılovun digər strukturu olan “Biznes-klub Tropikano”nun da müflis elan edilməsi üzrə bankın ərizəsinə baxacaq.

Şərhlər

XƏBƏR LENTİ