yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ziya Məmmədovun müşaviri ilə bağlı - Dəhşətli ittihamlar+Video

Ziya Məmmədovun müşaviri ilə bağlı - Dəhşətli ittihamlar+Video
21-04-2017, 19:08 80 715 dəfə baxılıb
yüklənir...

Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin şikayəti əsasında 1 ildən çox həbsdə olan və bu gün bəraət alaraq azadlığa çıxan Rövşən Əhmədov məhkəmə zalından birbaşa redaksiyamıza gələrək açıqlama verib.
Danışan R.Əhmədov sabiq müşavirin işləri barədə ciddi ittihamlar səsləndirib.
Bundan öncə isə onun vəkili Adəm Məmmədov bildirib ki, cinayət işinin materiallarındakı sübutlar R.Əhmədovun məsuliyyətə cəlb edilməsi üçün kifayət etmirdi: “Müdafiə etdiyim şəxs qızına toy etdiyi üçün Çingiz Baxşıyevə məxsus 800 min manatlıq qızılı ona qaytarmağa görə evinə gedib. Çingiz Baxşıyev isə həmin qızılları aparıb qızı Fatiməyə verməsini tapşırıb. Orada isə qızı evdə olmayıb, qızılları kürəkəni Ayaza təhvil verib. Həmin vaxt evdə olan xadimə isə istintaqda dindirilməyib. Fatimə evə gəlib qızıllara baxdıqdan sonra az olduğunu bilib və atasına zəng edib. Onlar isə bunu biləndən 2 ay sonra hüquq-mühafizə orqanlarına məlumat veriblər. Çingiz Baxşıyev deyir ki, xəstə olduğu üçün 2 ay ərzində şikayət etməyib. Amma həmin vaxt ərzində Çingiz Baxşıyev Dubaya, İstanbula səhayətlər edib. Əgər xəstə idisə, bu qədər uçuşları necə həyata keçirirdi? Onlar sadəcə 2 ay ərzində eyni məzmunlu yalan ifadə vermək üçün hazırlaşıblar. Məhkəmə də onun yalan ifadə verdiyi qənaətinə gəldi. Ədalətli qərar qəbul etdiyi üçün hakim Əfqan Hacıyevə təşəkkür edirəm. Belə hökmlər ölkədə vətəndaşların məhkəmələrə inamını artırır və istintaqın üzərinə daha çox məsuliyyət qoyur ki, araşdırmalar düzgün aparılsın”.
A.Məmmədov qeyd edib ki, Ç.Baxşıyevin yalan ifadə verməsinə görə prokurorluğa müraciət edəcəklər: “Biz çalışacağıq ki, onu cinayət məsuliyyətinə cəlb edək ki, bir də şər atmasın. Yalan ifadə verməyə görə qanunvercilikdə 4 ildən 6 ilədək həbs cəzası nəzərdə tutulur”.
Rövşən Əhmədov da ətrafında baş verənlər barədə danışıb. O, iddia edib ki, 1 il 16 gün öncə Çingiz Baxşıyev tərəfindən şərlənərək həbs edilib: “O, özünün xüsusi şəxsi işlərinə görə qızıl söhbəti ilə məni tutdurdu. Mən vəkil Adəm Məmmədova və hakim Əfqan Hacıyevə minnətdaram ki, haqqı ortaya çıxartdı. Çingiz Baxşıyev bütün məmurlara çıxıb haqqı bağlayırdı, amma Əfqan Hacıyevə təsir edə bilmədi. Baxşıyevə sözüm odur ki, ağıllı olsun. Şəxsiyyətini pula satıb”.
R.Əhmədov Ç.Baxşıyevin MTN-in həbsdəki generalı Akif Çovdarovla toqquşmasının səbəbini açıqlayıb: “Çingiz Baxşıyev çox çirkin əməllərə əl atmışdı. O, Asiyadan Azərbaycana killerlər gətirtirdi. Kimi öldürtmək, aradan götürmək lazım idisə, onlardan istifadə edirdi. Bunları mənə özü danışıb. Deyirdi ki, mən əlimi saçıma çəkməklə filan adam aradan götürülüb. Azərbaycanda da bunu tətbiq etmişdi və Çovdarov bunu bilmişdi. General Rail Rzayevin öldürülməsində də Çingiz Baxşıyevin əli var idi. Rail Rzayev öləndən 5 dəqiqə sonra köməkçisinin kaseti götürməsini Çingiz Baxşıyev bilirdi. Həmin vaxt mən onun yanında idim. Çingizin halı pisləşdi, dedi “Rail Rzayevin ölümünə görə məni tutacaqlar, bu əclaf girib kaseti götürüb. Bu işin ucu gəlib mənə çıxacaq”. Çovdarov da bunu bilmişdi, Çingizin məndə çoxlu pulları var idi, onu apartdırıb Çovdarovun köməkçisinə verdi”.
R.Əhmədovun iddiasına görə, Ç.Baxşıyev nazirlikdəki işində də yeyintilərə və qanunsuzluqlara yol verib: “İşdən çıxarılanda 100 min verib arxiv materiallarını alıb yandırdı. O, Ziya Məmmədovu aldadırdı. Ziya Məmmədov öz qardaşı oğlu ilə bacısı oğlunu şəhər nəqliyyatının rəisi qoyandan sonra bildilər ki, Çingiz Baxşıyev yığılan pulun yarısını özünə götürürmüş. Buna görə Çingizi işdən qovdu.
Çingiz Azərbaycanda Türkiyə nömrəsi işlədirdi, ona görə tutula bilmirdi. Bir dəfə bulvarda gəzirdik, zəng elədi bir yüksək vəzifəli şəxsə, soruşdu ki, vəziyyətiniz necədir, mən sizdən narahatam. Sonra o nömrəsini çıxarıb Türkiyə nömrəsini taxdı. Və başqa bir adama zəng edib dedi ki, “mən edə bildiyimi etdim, amma o, ölmədi. Daha məndən əl çəkin”. Həmin şəxs Çingizin evinə gəlib-gedən adam idi, saunaya aparıb orada zəhərləmişdi. Bunları bildiyim üçün sonra da məni zəhərlədi. Yoldaşım həkim olduğu üçün sağ qaldım”.
R.Əhmədov ona verilən 7 kiloqram qızılların mənbəyini də açıqlayıb: “Çingiz Baxşıyev müşavir olanda təxminən 1000 manat maaş alırdı. Amma o narkomaniya ilə məşğul olurdu. Məni o işin dalıyca getmədiyin üçün tutdurdu. Mən bir dəfə Çingizi aeroportda qarşıladım. Şəhərə gələndə o arxada başqa adamla oturmuşdu, mən də öndə idim. Həmin şəxslə aralarında rus dilində danışırdı, elə bilirdi mən başa düşmürəm. Ət işindən danışırdılar, amma söhbət milyon dollarlardan gedirdi. Ət isə 80 min manat idi. Mən ona yalandan dedim ki, xəstəyəm, ətin dalıyca gedə bilməyəcəm. Əsəbiləşdi, başqa adam göndərdi. Təxminən 20 gün sonra məni çağırıb dedi ki, “get “3-ün kruqu”ndan ətin pulunu götür”. Mən gedib orada tanımadığım bir polis işçisindən 500 min dollar götürdüm, səhəri yenə eyni yerdə eyni adamdan 500 min aldım, birisi gün isə 360 min dollar götürdüm. Pulların hamısını da aparın kürəkənigilə qoyduq”.
R.Əhmədov deyib ki, Ç.Baxşıyev növbəti dəfə onu İrana ət gətirmək adı ilə göndərmək istəyəndə bundan imtina edib və səhəri günü həbs olunub.
“Qafqazinfo”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ