SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Gülməmməd Cavadovun qohumu S.Cəfərov fəhlələrə qan uddurur - Nazir müavini niyə məsələyə münasibət bildirmir...?

Gülməmməd Cavadovun qohumu S.Cəfərov fəhlələrə qan uddurur - Nazir müavini niyə məsələyə münasibət bildirmir...?

Tarix:

21-04-2017, 17:27

/ 85 694 dəfə oxundu.
Gülməmməd Cavadovun qohumu S.Cəfərov fəhlələrə qan uddurur - Nazir müavini niyə məsələyə münasibət bildirmir...?

Sahib Cəfərov şikayət edən vətəndaşlara hədə-qorxu gəlməkdədir. Belə ki, bir həftə bundan öncə redaksiyamıza müraciət edən və şikayətlərini dilə gətirən sakinlər işlədikləri zavoda hüquqlarının kobud şəkildə pozulduğunu iddia ediblər. Əsassız olmayan iddialara qarşı Bakı Şampan Şərabları ASC-nin sədri münasibət bildirmək əvəzinə qoçu dəstəsindən istifadə etmək qərarına gəlib. Dəfələrlə redaksiyamıza zənglərlə yazıların silinməsi tələbini edən zavoda bağlı şəxslər və media mənsubları etdikləri tələbin hələ də mahiyyətinə varmayıblar. 60-a yaxın işçi qüvvəsi olan bu zavod əmək haqqlarını ödəmək əvəzinə redaksiya əməkdaşlarına rüşvətlər təklif edərək məzlum fəhlələrin maaşlarını ödəməkdən boyun qaçırmağa cəhd edirlər.
Zavod sədri Sahib Cəfərov “krışası” G.Cavadova o qədər güvənir ki, hər işini rüşvətlə həll etməyi cəhd edir. Bu gün S.Cəfərov törətdiyi əməllərə görə cəzasız qalıbsa bu qaynı Gülməmməd Cavadovun sayəsində olacaq ki, bununlada o hər işini asanlıqla həll etdiyin sanır. Həmkarlara sədr təyin etdiyi Həqiqət xanımın isə fəhlələri qorumaq əvəzinə zavod rəhbəri ilə əlbir işləməsi iddiası şok edici xəbər idi. Bunlar azmış kimi bir ağızdan Ulu öndərin qardaşı mərhum Cəlal Əliyevin adından zavod rəsmilərinin istifadə etməsi hadisələrin hansı səpkidə olmasından xəbər verməkdə idi. Şəhid ailəsinə hörmətsizlik etmək üstəlikdə ona həddə qorxu gəlmək göründüyü qədər də asan bir prossedurların cərəyan etmədiyindən xəbər verməkdədir. Bu xalq Heydər Əliyev hakimiyyəti dövründə Azadlığını, suverenliyini, insan kimi yaşayışını təmin etdi. Amma təəssüflər olsun ki, “meşə çaqqalsız olmaz” atalar misalı boşuna çəkilmiş misal deyilmiş.
Bütün ölkələrdə olduğu kimi Xalqını sevib ona xidmət edənlərin mübarək adını öz çirkin əməllərində istifadə edənlər hər zaman tapılmaqdadır. Bakı Şampan Şərabları ASC-nin rəhbərliyi və onun arxasında duran çinli məmurlar fəhlə təbəqəsini hakim dairələrə qarşı çıxmağa və hakimiyyət orqanların qarşısında etiraz səslərini yüksəlməsinə nail olmağa çalışırlar. Energetika Naziri cənab Natiq Məmmədovun müavini Gülməmməd Cavadov yeznəsinə o qədər səlahiyyət bəxş edib ki, hətta Prezidentə şikayət edəcəyik, deyən fəhlələrə “ged kimə harda istəyirsən şikayətini et” deməkdən belə çəkinməyir. Bu qədər arxasındakı çinli məmura güvənən S.Cəfərov ölkə rəhbərinin tapşırıqlarını heç də vecə almadığını dillə gətirmiş olur. Günə 70 min bir məhsul üzrə (ölçüsündən və tərkibindən asılı olaraq məhsular dəyişkəndir) istehsal edən zavod fəhlələrə maaş ödəməkdə acizlik çəkir.
70 minlik məhsulun topdan satış dəyəri 50-60 min manat civarında məbləğ etməsinə baxmayaraq zavod maaş verməkdən boyun qaçırmaqdadır. Bir gündə 20 min məhsula bir fəhlə qustar usulla aksis vurması aparatdan çətin olsada artıq 30 ildən çoxdur işləyən xanım işçilər üçün nə qədər çətin olsada məcburiyyət qarşısında bunu etməli olurlar. Bütün çəkdikləri əziyyət qarşılıqsız qalması və fəhlə sinifinin 10-15 manata qul kimi işlədilməsi ödənişlərin qanunla qadağan edilmiş qaydada yəni nəğd şəkilində edilməsi zavod daxilində aparılan qanun pozuntuların pik həddə olduğundan xəbər verməkdədir.
Məsələyə Nazir müavini G.Cavadov susqunluqla qarşılamaqdadır. Qohumunun etdikləri əməllərinə göründüyü qədər haqq qazandırmış olacaq ki,
Ardı var
Redaksiyadan: yazıda adları çəkilən şəxslərin mövqeyini dinləməyə hazırıq.

Bakunews

Şərhlər

XƏBƏR LENTİ