yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Nazir özünə müavin təyin etdi

Nazir özünə müavin təyin etdi
21-04-2017, 15:56 81 741 dəfə baxılıb
yüklənir...

Musa Pənahov nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin olunub. Məlumata görə, prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, 2017-ci ilin fevralın 13-də ölkə başçısı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Adıçəkilən qurum Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsasında yaradılıb.
Sərəncamda qeyd edilib ki, nazirliklərin birləşdirilməsində əsas məqsəd dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaqdır.
Prezidentin digər sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Bunadək R. Quluzadə rabitə və yüksək texnologiyalar naziri olub.
Nəqliyyat naziri Ziya Məmmədov isə vəzifəsindən kənarlaşdırılıb.
M.Pənahovun təyinatı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavinlərinin sayı 4-ə çatıb ki, Əli Abdullayev birinci müavin, İltimas Məmmədov və Elmir Vəlizadə isə müavindirlər.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-06-2017


23-06-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ