SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “AzərPoçt” müştərilərini aldadır?- ŞİKAYƏT

“AzərPoçt” müştərilərini aldadır?- ŞİKAYƏT

Tarix:

20-04-2017, 17:30

/ 87 731 dəfə oxundu.
“AzərPoçt” müştərilərini aldadır?- ŞİKAYƏT

“Rabitə (NRYTN) naziri Ramin Quluzadə cavan kadrdır, inanmaq istəyirdik ki, vəzifədə olduğu müddətdə təmsil etdiyi adamların adına layiq işlər, islahatlar görəcək. Ancaq bu nazirliyin tabeliyində olan AzərPoçt nə edir?”.
Bu haqda taninmiş siyasətçı və ictimai fəal Bəxtiyar Hacıyev sosial şəbəkədəki səhifəsində belə yazıb. Onun NRYTN-lə bağlı yazdığı fikirlər kifayət qədər oxucu müzakirəsinə səbəb olub.
“Bakıdakı bir poçtdan 16 martdan etibarən paytaxtdakı ofis ünvanımıza çəkiləri 0.365 kg, 1.185 kg, 1.315 kg-lıq üç bağlama göndərilir.
Bir neçə gün əvvəl xəbər göndərirlər ki, adınıza bağlama var, gəlin, götürün. Soruşuram ki, ünvan varmı üzərində? Deyirlər ki, var. Deyirəm ki, onda niyə poçtalyon gətirmir? Cavab verirlər ki, “Ona görə ki, siz pul ödəməyəcəksiniz”. Deyirəm ki, göndərən adam rüsum ödəyibmi? Deyirlər ki, hə.
Bu gün poçta getdim. Deməli, Bakıdakı bir poçtdan digər poçta üst-üstə 3 kg etməyən bağlamaya görə təxminən 20 AZN göndərən ödəyib, götürmək üçün isə məndən də 10-15 AZN ödəmək tələb edilir. Üstəlik, bağlamanın poçtda qaldığı hər gün üçün əlavə ödəniş istənilir. Tarifləri soruşub, araşdırıram, rəsmi olaraq, Anqolaya göndərilmə tarifləri qədərdir. Ödəməli olduğum rüsumlarla bağlı məlumat istədim, poçtdan bir qəbz çap etdilər, sonra dedilər “qəbzi çap etmişik, pulu mütləq ödəməlisən indi”. Camaatın arasında baxdım çox üzə salırlar, ödədim, çıxdım.
İndi əsas sual budur: Cənab nazir, hörmətli Ramin müəllim bilirmi ki, Bakıdan-Bakıya 1 kg-lıq poçt göndərişi 1 ay sonra çatdırılır və buna görə həm göndərən, həm də qəbul edəndən hərəsindən 7-8 AZN pul alnır?
Hörmətli Ramin müəllim bilirmi ki, dünyanın normal heç bir ölkəsində üzərində ünvan yazılmış və göndərilmə rüsumu ödənmiş bağlamaya görə, “Gəlin, poçtdan götürün, göndərmə pulu öz yerində, qəbul etmə pulunu da ödəyin”-, deyilmir və ünvana göndərilmiş bağlama ünvana da çatdırılır? Bilmirsə, necə rəhbərlik edir o nazirliyə? Bilirsə, niyə imkan yaradır. Bizdən toplanan 10-15 manatlara ehtiyacı var?”.
Baş vermiş hadisəni araşdıracağıq…

Şərhlər

XƏBƏR LENTİ