SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » ŞƏHƏR TƏSƏRRÜFATININ «ELMAN YƏHYAYEV SİNDROMU»

ŞƏHƏR TƏSƏRRÜFATININ «ELMAN YƏHYAYEV SİNDROMU»

Tarix:

20-04-2017, 12:23

/ 62 883 dəfə oxundu.
ŞƏHƏR TƏSƏRRÜFATININ «ELMAN YƏHYAYEV SİNDROMU»

Bakının şəhər təsərrüfatındakı problemlərdən hamımızın xəbəri var. Ekstremal hava şəraiti yaranan kimi paytaxtın infrastrukturu iflic olur. Birmənalı olaraq demək olar ki, belə vəziyyət məhz subyektiv səbəblərdən irəli gəlir. Həmin subyektlər isə şəhər təsərrüfatına rəhbərlik edən vəzifəli şəxslərin səhlənkarlıqları, fəaliyyətlərində korrupsiyaya qurşanmalarıdır. Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elman Yəhyayev bu sırada nə birinci, nə də axırıncı cavabdeh şəxs deyil. Amma diqqətimizi çəkən məqam odur ki, Yəhyayev ictimai qınağa tuş gəldikcə, karyerada daha da irəli gedir. Rayonda yaşayış binalarının eyvanı uçur. Səbəb həm binaların istismar müddətinin sona çatması, həm də yağış nəticəsində eyvanların beton piltələrinin su çəkməsidir. Mənzil Komunal Təssərüfatı Birliyinin tərkibində olan bu binaların istismar müddəti bitdiyi üçün onlar pilot layihəyə uyğun olaraq söküləcəyi planlaşdırılır. Amma nə qədər ki, sökülməyiblər, onlar davamlı nəzarətdə saxlanılmalı, vaxtaşırı cari təmir olunmalıdırlar. Doğrudur, MKTB-nin rəisi Elman Yahyayev hesabatında göstərir ki, cari ilin payız-qış mövsümünə hazırlıq gövründə balansda olan mənzil fondunun qorunması, xidməti ərazinin təmizliyinin normal səviyyədə saxlanması üçün cari təmir və abadlıq işləri həyata keçirilmişdir. Mövsümlə bağlı 5538 kv.m dam örtüyü, 322 kv.m keçid meydançası və pilləkən qəfəsi, 319 ədəd pəncərə, 437,5 kv.m şüşələnmə işləri, 184 giriş qapısı, 1022 p.m istilik xətti, 962 p.m suaxıdıcı boru, ventil və siyirtmə təmiri və dəyişdirilməsi, 27202 p.m tüstü bacası və ventilyasiya kanallarında təmir işləri aparılmışdır. Lakin kağız üzərində belə təmir işləri öz əksini tapsa da, onlar faktiki olaraq ya yerinə yetirilmir, ya da keyfiyyətindən oğurlanır, silinən mal-material qiymətliləri mənzil kommunal istismar sahələri rəislərinin əli ilə xəlvətcə satılır. E. Yəhyayev vaxtilə cənab Asif Əsgərovun başçılığı altında Səbail RİH-nin təsərrüfat şöbəsinin müdiri vəzifəsində işləyib. A. Əsgərov keçən il Nəsimi rayonuna icra hakimi təyin olunandan sonra Yəhyayevi də özü ilə aparıb və ona MKTB rəisi vəzifəsinə təyin edib. Görünür, şəhər təsərrüfat sisteminin elə spesifik xüsusiyyətləri var ki, burada icra başçıları sınanılmış, sadiq kadrları yanlarında görmək istəyirlər. Həm də bir növ sirrlərin dağılmamasını təmin etmiş olurlar. Yəqin, Səbaildə birgə işlədikləri dövrdə Əsgərovla Yəhyayevin ictimaiyyətdən gizli saxladıqları iş birlikləri çox olub. Hərçənd, «görünən kəndə nə bələdçi» deyib atalar. Daha əvvəllər isə E. Yəhyayevin Rusiyada alverlə məşğul olduğu bildirilir. O, əslən Sabirabadın Cavad kəndindən olmaqla, respublikada bir sıra «yağlı» vəzifələri ələ keçirmiş «Cavad qruplaşması»nın üzvü kimi göstərilir. Əli alverə öyrənişmiş Yəhyayev səlahiyyətlərini də bir növ ticarət üzərində qurub. Sakinlər onun fəaliyyətindən narazıdırlar. MKTB-dən asılı olan hər hansı problemlərinin həlli üçün onu axtaranda yerində tapa bilmirlər. Katibəsi isə sanki avto-cavablayıcı robot kimi həmişə «rəis yoxdur, icra hakimiyyətində iclasdadır» deyir. Deyilənə görə rəis öz kabinetində olanda da qapını katibəyə bağlatdırır və qəbula gələnləri müşahidə kamerası ilə izləyir. Bu səbəbdən də Yəhyayevin hətta aurası, xarici görünüşü (eni ilə uzunu bilinməyən bədən quruluşu) belə ona işi düşən, amma pulsuz həll etmək istəyən sakinlərdə qıcıq doğurur. Bu və digər suallarımızı cavablandırması üçün redaksiyadan Elman müəllimlə əlaqə yaratmaq, telefon bağlantısı qurmaq cəhdlərimiz rəisin təmasdan yayınması səbəbindən uğursuz alındı. Yəqin, yazı işıq üzü görəndən sonra münasibətini bildirər.

Mövzunu davam etdirəcəyik

Şərhlər

XƏBƏR LENTİ