SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sahib Cəfərov və Gülməmməd Cavadov işbirliyi fəhlələri çörəksiz qoyub – Prezidentə Müraciət

Sahib Cəfərov və Gülməmməd Cavadov işbirliyi fəhlələri çörəksiz qoyub – Prezidentə Müraciət

Tarix:

19-04-2017, 16:27

/ 57 527 dəfə oxundu.
Sahib Cəfərov və Gülməmməd Cavadov işbirliyi fəhlələri çörəksiz qoyub – Prezidentə Müraciət

Bakı şəhər, Nərimanov rayon, Müzəffər Nərimanov küçəsi-2058-də yerləşən “Bakı Şampan şərabları” ASC-nin əsas səhimlərin Gülməmməd Cavadova məxsus olması qeyd edilir. Sahib Cəfərovun qanunsuz əməlləri fəhlə sinifini dözülməz həddə çatırıb. FƏhlələr və onlarla yanaşı şəhid ailəsi olan xanım işçilər Prezident İlham Əliyevdən və Vitse-prezident Mehriban Əliyevadan kömək istəyirlər.
Belə ki, Zavoda sədrlik edən Sahib Cəfərov işçilərin 4 aylıq əməkhaqqlarını ödəməkdən boyun qaçırır. Məvaciblərin tələb edən fəhlə qadınları isə Cəlal Əliyevin qohumu olması adından, həmçinin Gülməmməd Cavadovun şəriyi olması ilə hədələyir. Xanım fəhlələr kimə hara müraciət edəcəyini bilməz olublar. Çaş-baş qalan fəhlələr artıq intihar etmək astanasında olduqların qeyd edirlər. Müraciət edən şikayətçilər “Bakı Şampan şərabları” ASC-nin sədri Sahib Cəfərov tərəfindən hədələndiklərini və bir çox işçilərin səhimlərinin zorla ələrindən alındıqdan sonra işinə son verildiyi qeyd edilir.
Apardığımız araşdırmalardan isə məlum olub ki, gündəlik 15-20 min aksis marka vurulan zavod fəaliyyətsiz kimi göstərilməkdədir. Həftə ərzində 70 min mal istehsal olunan zavoda necə iş olmaya bilər...? Çox maraqlı sualdır amma bu sualın cavabını Sahib Cəfərov bizlərə verməkdən boyun qaçırır. Əməkdaşlarımızın Zavoda gedərək məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdi isə boşa çıxıb. Sahib Cəfərov media nümayəndələrini qəbul etməmək üçün qapıçılara müdirin işdə olmadığını zavodun isə işləmədiyini bildirməsi göstərişini verdiyi qapıçı tərəfindən bildirilib.
Fəaliyyəti olmayan zavodun daxilində şampan şəraba aidiyyatı olmayan icarəçilərin fəaliyyət göstərməsi isə əməkdaşlarımızın gözündən yayınmayıb.
Etibarlı mənbədən əldə edilən məlumata görə, Sahib Cəfərov Zavod ərazisin icarəyə verib.
İcarəçilərin siyahısı:

1. Lizing avtomobilərin saxlanılması üçün anbar icarəyə verilib. Bank sahibkarlardan aldığı maşınları burda saxlayır.
2. Vestel yağların topdan satış üçün saxlanılması anbarı.
3. Zavodun ikinci mərtəbəsində xarici vətəndaşlara icarəyə verilən Dərzi sexi
4. Dərman firmasının saxlama anbarı.
5. Xaricdən Azərbaycana gətirilən ərzaqların saxlanıması anbarı .. Vaxtı keçmiş maların burada vaxtlarının uzadılmasına nail olur.
6. Elektrik avadanlıqlarının təmir sexi
Əlavə əldə etdiyimiz məlumata görə, zavoda verilən qaz nəqlindən istifadə edərək AZON balonların doldurularaq səhiyyə ocaqlarına satılması həyata keçirilməkdədir.
Zavod səlahiyyətlisinin fəaliyyətsiz olduğun bildirdiyi zavodun aylıq gəliri 1000 min manatı keçməkdədir. Bu qədər gəliri olan zavod 60-70 işçinin həftəlik 100 min gəliri olan aylıq 15.000 manat əməkhaqqlarını ödəyə bilmədiklərini göz önünə gətirdikdə bu zaman müəmallar pərdəsi açılır. Haqqlı şikayət edən zavod əməkdaşları 4 aylıq əməkhaqqlarını alla bilməmələrini ölkə rəhbərinə çatırmamızı xahiş ediblər. Zavodan gələn milyonların aqibəti bəli deyildir. Cəhcəlal içində yaşayan Sahib Cəfərov yaxın qohumu Gülməmməd Cavadova arxalanaraq 180 ailə üzvünü çörək puluna möhtac qoyduğu azmış kimi həm də ölkənin qanunlarını tapdalayaraq vergidən yayınmağa cəhd edilir.
Hörmətli Prezidentə BakuNews.az vasitəsi ilə fəhlələr imdad diləyirlər. 4 aydı əməkhaqqların ala bilmədiyin qeyd edən fəhlələr sizdən kömək istəyir. Energetika naziri Natiq Əliyevin birinci müavini Gülməmməd Cavadovun yeznəsi Sahib Cəfərov mərhum Cəlal Əliyevin adından istifadə edərək fəhlələrin hüquqların pozmaqdadır. Fəhlələrin son ümüd yeri Ölkə rəhbəri cənab İlham Əliyevdən yardım gözləyirlər.

BakuNews

Şərhlər

XƏBƏR LENTİ