SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 120-lik yolda "kamikadze"lik edən DYP əməkdaşı - Video

120-lik yolda "kamikadze"lik edən DYP əməkdaşı - Video

Tarix:

17-04-2017, 16:05

/ 57 747 dəfə oxundu.
120-lik yolda "kamikadze"lik edən DYP əməkdaşı - Video

Yol polisi əməkdaşı sürücülərə təhlükəli anlar yaşadıb

Hadisə şahidlərinin göndərdiyi videoda polis əməkdaşının xidmət avtomobili ilə yolun əks istiqamətində yüksək sürətlə hərəkət etdiyi öz əksini tapıb.

Hadisə Bakı-Qazax yolunun, Qobustan rayonundan Sanqaçal qəsəbəsi istiqamətində baş verib.

Polis əməkdaşı hərəkət zamanı avtomobilin üzərindəki sayrışan işıqları yandırıb və yüksək sürətlə irəliləyir. Şahidlərin sözlərinə görə, öz yolu ilə hərəkət edən sürücülər polis maşının gəldiyini gördükdə təhlükəli manevrlər edərək ona yol verməyə məcbur olublar. Polis əməkdaşının avtomobili hərəkətdə olduğu vaxt bir neçə müşahidə kamerasının altından da keçib. Qeyd edək ki, həmin yolda maksimal sürət saatda 120 km-dir.

missiya.az

Şərhlər

XƏBƏR LENTİ