SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Tanınmış jurnalistlə "BakuBus" arasına İNSİDENT - Qalmaqal

Tanınmış jurnalistlə "BakuBus" arasına İNSİDENT - Qalmaqal

Tarix:

17-04-2017, 15:01

/ 56 924 dəfə oxundu.
Tanınmış jurnalistlə "BakuBus" arasına İNSİDENT - Qalmaqal

"9 JM 351 dövlət qeydiyyat nömrə nişanli 18 sayli avtobus saat 21:05 -də 9-cu mikrorayon ərazisində dayanacaqda saxlamadı. Həmin dayanacqda düşəcəyim üçün etiraz etdim. Sürücü cavab verdi ki, bu barədə ona deməliyəm, sonra saxlamalıdır".
Bunu tanınmış jurnalist Aytən Abdulova bildirib. O, qeyd edib ki, sürücüyə dayanacaqda saxlamalı olduğunu xatırladıb: "Cavab verdi ki, o sənə elə gəlir. Bəxtim gətirdi ki, irəlidəki dayanacaqda düşən sərnişin sürücüyə yaxınlaşıb düşəcəyini dedi, o da "lütf" edib saxladı. Düşüb digər avtobusa minib geri qayıtdım. Belə məsuliyyətsiz sürücülər hardan gəlir çıxır ictimai nəqliyyata və minlərlə sərnişinin taleyi bunlara əmanət edilir?"
A.Abdulova məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayevə müraciət etdiyini bildirib: "Məsələnin obyektiv araşdırılaraq sürücünün cəzalandırılacağına umid edirəm. Bir hala üzüldüm, mən sürücüyə yanlış hərəkət etdiyini deyərkən digər sərnişinlər susdu".
Qeyd edək ki, M.Ağayev xanım jurnalistin müraciətini cavablandırıb. O, bildirib ki, məsələ ilə bağlı BNA-nın göstərişi əsasında daşıyıcı şirkət araşdırma aparıb: "Məlumat üçün bildirək ki, sizin avtobusu saxlamaq istədiyiniz yer dayanacaq məntəqəsi olmadığından sürücü bu istəyinizə əməl etməyib. Doğrudur, o, bunu sizə daha mədəni formada bildirə bilərdi və bunu etmədiyi üçün də tənbeh edilib. Sizdən isə xahişim odur ki, avtobusu dayanacaqdan kənar sağlamağa məcbur etməyin".
A.Abdulova açıqlamasında bildirib ki, BNA-nın sözçüsü yalan danışır: "9-cu mikrorayonda "Favorit" marketi keçəndən sonra ilk dayanacaqda baş verdi hadisə. İstəsəniz gedib oranın fotosunu da çəkə bilərsiz və şahidi olarsız ki, mən yalan demirəm. Orada "BakuBus"un lövhəsi də var, bütün avtobuslar saxlayır dayanacaqda".

AFN

Şərhlər

XƏBƏR LENTİ