SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Millət vəkilinindən və bacısı oğlundan prezidentə şikayət olundu - VİDEO

Millət vəkilinindən və bacısı oğlundan prezidentə şikayət olundu - VİDEO

Tarix:

17-04-2017, 12:29

/ 56 729 dəfə oxundu.
Millət vəkilinindən və bacısı oğlundan prezidentə şikayət olundu - VİDEO

Rəfiyev Fərhad Rasim oğlu başıma gələn məmur özbaşınalığı ilə bağlı Azərbaycan ictimaiyyətinə və ölkə rəhbərliyinə müraciət edib. F.Rəfiyev bildirir ki, bu ilin yanvar ayında 10 il satıcı işlədiyi "Ştutqart" mağazalar şəbəkəsinin rəhbəri Əfqan Abdullayev və dayısı, şirkətin qeyri-rəsmi sahibi millət vəkili Nəriman Əliyev ona və ailəsinə təzyiq nəticəsində bütün əmlakını əlindən alıb.
Məlumata görə, şikayətçi bildirir ki, millət vəkili Nəriman Əliyevin ona telofanla və şəxsən görüş zamanı etdikləri təzyiqdən sonra evi bacısı oglu Əfqan Abdullayevin adına keçirilib. Özünün və qardaşının idarə etdiyi 2 avtomaşın isə deputat Nəriman Əliyevin qardaşı olgu Əliyev Qubad İmran oglunun adına keçirilib.
Fərhad Rəfiyevin və valideynlərinin ölkə başçısına ünvanladığı video-müraciəti təqdim edirik.

FaktXəbər

Şərhlər

XƏBƏR LENTİ