SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bu il hansı icra başçısının qələmi qırılacaq? - SİYAHI

Bu il hansı icra başçısının qələmi qırılacaq? - SİYAHI

Tarix:

17-04-2017, 11:08

/ 57 920 dəfə oxundu.
Bu il hansı icra başçısının qələmi qırılacaq? - SİYAHI

Neçə müddətdir ki, bir neçə rayonun rəhbərliyində dəyişikliklərin baş verəcəyi anons edilsə də, hələlik bu yöndə hansısa yenilik müşahidə olunmur. Bununla bağlı açıqlama verən məlumatlı mənbə iddia edir ki, əslində dəyişikliklərin ertələnməsi "yuxarıların" bu yöndə araşdırma aparması ilə bağlıdır.
Mənbə xatırladır ki, buna qədər hətta Prezident Administrasiyasının rəsmiləri də konkret olaraq barəsində ən çox şikayət olunan icra hakimiyyətlərinin siyahısını açıqlamışdı. Mənbənin söylədikləri: "Buna paralel olaraq isə Hesablama Palatsı, Maliyyə Nazirliyi kimi müvafiq dövlət qurumları da zaman-zaman icra hakimiyyətlərinin fəaliyyətlərilə bağlı bilgiləri paylaşırlar. Bütün bunlar gözlənilən dəyişiklərdə əsas təsiredici, rol oynayan faktorlardır".

Mənbə iddia edir ki, hazırda dəyişikliyə uğrayacaq icra hakmiyyətlərinin ilk onluğu təxminən aşağıdakı kimi sıralanıb:

1. Biləsuvar;
2. Gəncə;
3. Xaçmaz;
4. Şabran;
5. Daşkəsən;
6. Yasamal;
7. Lerik;
8. Astara;
9. Xəzər;
10. Kürdəmir.
Danışan mənbə onu da əlavə edib ki, aprel ayından dəyişiklik prosesinə start verilməsi gözləniləndir.

Şərhlər

XƏBƏR LENTİ