SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Bakı Şampan şərabları” ASC-nin qanunsuz əməlləri

“Bakı Şampan şərabları” ASC-nin qanunsuz əməlləri

Tarix:

17-04-2017, 10:38

/ 59 442 dəfə oxundu.
“Bakı Şampan şərabları” ASC-nin qanunsuz əməlləri

Bir neçə gündür medianın gündəmini zəbt edən məsələ ilə bağlı müraciət edən fəhlə sinifinin nümayəndələri haqqlarının verilmədiyini iddia ediblər.
Belə ki, vətəndaşlar 4 aydan artıqdır rəsmi maaş ala bilməməsini iddia edir. Əsassız olmayan iddialarını isə ölkə rəhbərinə çatdırmağımızı xahiş edirlər. Diqqətinizə çatdıraq ki, 49%-51% bölgü ilə dövlət müəsissəsi sayılan bu zavod qanun tanımır. Zavoda rəhbərlik edən şəxs qeyri qanuni olaraq işçilərin işinə son verir lazım gəldikdə isə ştatdan kənar günəmuz işçi kimi işlədərək səhmdarları aldatmaqdadır – deyə fəhlələr bildirir. Vergidən yayınan “Bakı Şampan şərabları” ASC-nin rəhbərliyi əmək müqaviləsi bağlamadan fəhlələri günaşırı işlətməkdədir. Fəhlələr qeyd edir ki, dekabr ayının birindən Sahib Səfərovun göstərişi ilə onların maaş kartları paylanılmış və bu günə qədər həmin kartların vasitəsi ilə birdəfə belə olsun maaş ala bilməyiblər. İddiaçıların bildirdiyinə görə Zavoda rəhbər təyin edilən Sahib Səfərov onlara gün verib işıq vermir. Şəhid ailəsi olan xanım qeyd edir ki hörmətsizlik edən zavod müdiri S.Səfərov onları insan yerinə qoyub dinləmək belə istəmir.
Apardığımız araşdırmalardan məlum olub ki, S.Səfərov Energetika naziri N.Əliyevin I-ci müavini Gülməmməd Cavadovun (kürəkənidir) bacısının həyat yoldaşıdır. Aldığımız digər məlumata görə isə “Bakı Şampan şərabları” ASC-nin səhimlərin ən böyük hissəsi isə məhz G.Cavadova məxsusdur. “Bakı Şampan şərabları” ASC-nin işçi təbəqəsinin də bu zavoda səhmlərinin olduğu məlum olub və həmin səmhdərların bəzilərinin səhmləri şantaj və zorakılıqla əllərindən alınıb. Səhminin məhz zavod direktoru Sahib Səfərovun zorakılığı ilə alındığını iddia edən şikayətçi də hansı məcburiyyətlərin qarşısında verdiyini bəyan etmişdir. Bütün bunlarla bağlı növbəti yazımızda tam ətraflı məlumat ala biləcəksiniz.
Ardı var...
Araşdırmamız davam edir.
Yazıda adları qeyd edilən şəxslərin və qurumların mövqeyin dinləyib dərc etməyə hazırıq.

BakuNews

Şərhlər

XƏBƏR LENTİ