SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Doğadan” çaylarını almayın,saxtadır" - Tolik

“Doğadan” çaylarını almayın,saxtadır" - Tolik

Tarix:

14-04-2017, 14:50

/ 108 492 dəfə oxundu.
“Doğadan” çaylarını almayın,saxtadır" - Tolik

Məşhur prodüsser Tolik Azərbaycanın aptek və marketlərində satılan “Doğadan” çaylarının saxta olduğunu iddia edib.
Bu barədə tanınmış prodüsser Tolik (Tarix Əliyev) məlumat verib. O, “Doğadan” çaylarının keyfiyyətsiz olmasında sahibkarları ittiham edib:
Azərbaycanda satılan “Doğadan”la Türkiyədə satılan çayın arasında həm dadına, həm qablaşdırılmasına, həm də qutusuna görə çox fərq var. Sahibkarlar niyə xaricdən gətirilən malların pula görə keyfiyyətini aşağı salırlar? Mən indi evdə iki “Doğadan” çayı dəmləmişəm. Türkiyədən gələn çayın iyindən durmaq olmur, Azərbaycanda satılan “Doğadan” çayı isə elə bir kraskadır. Niyə?
Tolik saxta, keyfiyyətsiz “Doğadan” çaylarının qiymətinin Türkiyə ilə müqayisədə çox baha olduğunu qeyd edib:
Bu çayın bir qutusunun qiyməti 3 manatdan yuxarıdır. Türkiyə pulu ilə 8 lirə edir. Amma “Doğadan”ın Türkiyədə qiyməti 5 lirədir.
Prodüsser sahibkarlara mesaj ünvanlayıb:
Siz bunu topdansatış, ucuz qiymətə alırsınız. Heç olmasa keyfiyyəti öldürməyin.
“Doğadan” çaylarını almayın,saxtadır" - Tolik
“Doğadan” çaylarını almayın,saxtadır" - Tolik

Şərhlər

XƏBƏR LENTİ