SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Türkiyədə evlilik proqramında iştirak edən azərbaycanlılar haqda — İLGİNC MƏLUMATLAR

Türkiyədə evlilik proqramında iştirak edən azərbaycanlılar haqda — İLGİNC MƏLUMATLAR

Tarix:

13-04-2017, 11:48

/ 112 888 dəfə oxundu.
Türkiyədə evlilik proqramında iştirak edən azərbaycanlılar haqda — İLGİNC MƏLUMATLAR

"Star TV"də yayımlanan "Zuhal Topalla" evlilik proqramında iştirak edən azərbaycanlılarla bağlı ilginc məlumatlar əldə edilib.
Bildirilir ki, verilişin təşkilatçıları Əli Əkbər, Naz Mila və Elmir İsmayılova aylıq əməkhaqqı ödəyərək onları layihədə saxlayırlar. Səbəb kimi isə azərbaycanlılardan ibarət "məhəbbət üçbucağı"nın verilişə böyük reytinq qazandırmasıdır.
Əli Əkbərlə bağlı əldə etdiyimiz digər məlumata görə, o, özünün iddia etdiyi kimi heç də ailənin yeganə övladı deyil. Belə ki, onun Rəna adlı bir bacısı da var. Rəna xanım hazırda Bakıdakı gözəllik salonlarından birini (adını reklam olmasın deyə yazmırıq-red.) işlədir.
Qeyd edək ki, bu arada müğənni Elvin Abdullayev sözügedən üçlük barədə sərt ifadələr işlədib.
"Bu üç azərbaycanlının yerinə mən utanıram. Orada bazar açıblar. Heç biri də o qızı özünə qadın eləyən deyil. Biri mənə başa salsın, bunlar neyləmək istəyirlər? Biri deyir, Əli mənim sevgilimi əlimdən alıb, o biri deyir, onu tanımıram…Utanmadan Azərbaycanın adını da çəkirlər. Azərbaycanın mərd, igid oğulları, əxlaqlı qızları var. Ölkəni belə təbliğ etmək olmaz".
ölkə.az

Şərhlər

XƏBƏR LENTİ