SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Mənsimovlar qatı müxalifətçi ilə quda oldular - BAKIDA

Mənsimovlar qatı müxalifətçi ilə quda oldular - BAKIDA

Tarix:

13-04-2017, 10:00

/ 112 687 dəfə oxundu.
Mənsimovlar qatı müxalifətçi ilə quda oldular - BAKIDA

“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun qardaşı, "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimovun qızının toy məclisi böyük səs-küyə səbəb olub.
Toy mərasimində türkiyəli sənətçilərindən Murad Boz, Hadisə və bir sıra məşhur ulduzların çıxış edib. Əslində isə həmin toya Azərbaycan sənətçiləri də dəvət olunub. Onların arasında xalq artisti Brilyant Dadaşova və əməkdar artist Baloğlan Əşrəfov da yer alıb.
B.Əşrəfov açıqlamasında məlumatı təsdiq edib. O qeyd edib ki, toya şəxsən dəvət olunub və orada repertuarında olan mahnılardan bir neçəsini ifa edib:
“Çox gözəl bir toy mərasimi keçib. Orada dünyanın hər yerindən, həmçinin Azərbaycandan da tanınmış şəxslər iştrak edib. Mənimlə yanaşı xalq artisti Brilyant Dadaşova da toyda olub”.
“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun qardaşı Mais Mənsimovun qızının toy məclisi Çırağan sarayında baş tutub. Mais Mənsimovun qızı Zümrüd Azərbaycanın tanınmış iş adamlarından olan, Zülfüqarlı qardaşlarından biri, “Sönmezler Metal” şirkətinin rəhbəri Loğman Zülfüqarlının oğlu Şahinlə ailə həyatı qurub.

ANV

Şərhlər

XƏBƏR LENTİ