SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » ANAR MƏMMƏDXANOVUN KİTABLARI MEK-ə TƏQDİM EDİLB

ANAR MƏMMƏDXANOVUN KİTABLARI MEK-ə TƏQDİM EDİLB

Tarix:

16-01-2017, 21:18

/ 2 638 dəfə oxundu.
ANAR MƏMMƏDXANOVUN KİTABLARI MEK-ə TƏQDİM EDİLB

Filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi və Dünya ədəbiyyatı kafedrasının müdiri Nahidə Məmmədxanova tərəfindən Anar Məmmədxanovun “Özünə sadiqlik” və «Ни о чем не жалею» kitabları AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) hədiyyə edildi.

Görkəmli siyasətçi və ictimai xadim, “Bakılı oğlanlar” komandasının əfsanəvi kapitanı, üç çağırış Milli Məclisin deputatı və day.az saytının təsisçisi Anar Məmmədxanovun 2014-cü ildə rus dilində nəşr olunmuş və azərbaycan dilinə tərcümə edilmiş “Özünə sadiqlik” adlı birinci kitabına onun müxtəlif vaxtlarda çap olunmuş, aktual problemlərə toxunan analitik məqalələri, esseləri, şərhləri, açıq məktubları daxil edilib. Kitab oxucu ictimaiyyəti arasında böyük rezonansa səbəb olub.
Anar Məmmədxanovun «Ни о чем не жалею» adlı ikinci kitabında isə onun 1995-2011-ci illərdə müxtəlif mətbu orqanlarına verdiyi müsahibələr və etdiyi söhbətləri öz əksini tapıb.
Kitablar geniş oxucu kütləsi üçün nəzərdə tutulub. MEK oxucuları kitablardan istifadə edə bilərlər.
ANAR MƏMMƏDXANOVUN KİTABLARI MEK-ə TƏQDİM EDİLB
ANAR MƏMMƏDXANOVUN KİTABLARI MEK-ə TƏQDİM EDİLB

Şərhlər

XƏBƏR LENTİ