SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Daxili İşlər Nazirliyi tərcüməçi axtarır

Daxili İşlər Nazirliyi tərcüməçi axtarır

Tarix:

8-04-2017, 12:57

/ 89 332 dəfə oxundu.
Daxili İşlər Nazirliyi tərcüməçi axtarır

Daxili İşlər Nazirliyi Nazirliyi Aparatında vakant olan 3 inspektor-tərcüməçi (sinxron-ingilis dili) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Nazirlikdən verilən məlumata görə, müsabiqədə dövlət ali təhsil müəssisələrində tərcüməçi (sinxron tərcüməçi) ixtisası üzrə magistr dərəcəsi almış, ingilis dilini mükəmməl bilən, tərcüməçi kimi əmək stajına malik, yaşı 30-dək, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, boyu 165 santimetr və yuxarı (qadınlar üçün 160 santimetr və yuxarı) olan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Bakı, Sumqayıt və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər aprel ayının 5-dən may ayının 5-dək http://www.mia.gov.az/index.php?/az/content/29875/ ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına - Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Elektron ərizənin Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində qeydiyyata götürülməsi barədə elektron poçt vasitəsi ilə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət edilərkən Baş Kadrlar İdarəsinə aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi;

- ali təhsil haqqında diplom;

- hərbi bilet (kişilər üçün);

- əmək kitabçası (olanlar üçün).

Müsabiqənin qalibləri müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onların qanuvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaqdır.

Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012)-590-93-64; (012)-590-93-27.

Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi

Şərhlər

XƏBƏR LENTİ