SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Rövşən Lənkəranski haqda film çəkilir

Rövşən Lənkəranski haqda film çəkilir

Tarix:

7-04-2017, 17:14

/ 108 851 dəfə oxundu.
Rövşən Lənkəranski haqda film çəkilir

Azərbaycanlı rejissor Rza Rzayev yeni film çəkir.

Bu haqda rejissorun özü məlumat verib.

Onun dediyinə görə, "Sən ona oxşamayasan" adlı film tanınmış kriminal avtoritet Rövşən Lənkəranskiyə həsr edilib:

"Sən ona oxşamayasan" filmi Rövşən Lənkəranskiyə həsr olunacaq. Filmdə bir azərbaycanlı daha çox hansı halda cinayət törədir, onun xarakteri harada daha çox üzə çıxır, azərbaycanlı "cinayətkar" öləndə və ölümündən öncə anasına nələri söyləyir, ata və ana onun üçün hansı dəyərdir suallarına cavab tapılacaq. Həmişə öldürən insanın ölümünə heç kim inanmır. Onların ölümü əfsanələr yaradır. Biz də "əfsanə" çəkəcəyik, amma gerçək əfsanə!".

Qeyd edək ki, R.Rzayev bundan öncə evini sataraq Qarabağ müharibəsi haqda "Geyilməmiş ayaqqabılar" filmini çəkmişdi.

Şərhlər

XƏBƏR LENTİ