SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nərimanov adına NQÇ-nin mədən rəisi işçiləri təhqir edir- ŞİKAYƏT+FOTOFAKT

Nərimanov adına NQÇ-nin mədən rəisi işçiləri təhqir edir- ŞİKAYƏT+FOTOFAKT

Tarix:

7-04-2017, 15:40

/ 107 156 dəfə oxundu.
Nərimanov adına NQÇ-nin mədən rəisi işçiləri təhqir edir- ŞİKAYƏT+FOTOFAKT

Nərimanov adına NQÇ-nin 2-ci mədən işçiləri qurumun rəisi Xaliq Şəfiyevə müraciət ünvanlayıblar.

Mədəndə çalışan 70-ə yaxın işçinin imzası ilə daxil olan müraciətin müəllifləri 2-ci mədənin rəisi Azər Sarıyevin əməllərindən şikayət edirlər. Onlar bildirirlər ki, A.Sarıyev işçiləri təhqir edir, onların yaşamaq, istirahət etmək hüquqlarını pozur: “Hörmətli rəis, Sarıyev Azər ikinci mədənə müdir gələndən bəri öz istədiklərini həyata keçirməyə başlayıb. Yeni təyinat alan operatorları tək özüllərə yerləşdirib, orada 20-30 il işləyən yaşlı operatorların əksəriyyətini isə 282 saylı “ploşatka”ya yığıb. Halbuki həmin ooperatorların iş təcrübəsinə çox ehtiyac var. Mədən rəisi işçilərin üstünə qışqırmağı özünə şərəf bilir. Elə zənn edir ki, belə hərəkətlərilə işçiləri qorxudacaq, pis əməllərini rahat həyata keçirəcək. İşçilərin yaşayışı, istirahəti tam bərbad haldadır, 12 metrlik otaqda 14 nəfər qalır. İstirahət etmək qeyri-mümkündür, yuxusuzluqdan əsəblərimiz pozulub. A.Sarıyev işçilərin iş qrafikinə əməl etmir, axşam növbəsinin işçiləri dincəlmək əvəzinə yoldaş Sarıyevin əmrinə əsasən gündüzlər də işləyir. Kondensatla “ploşatka”ları yudurdur. Öz növbəsinin iş qrafikini isə daim elə qurur ki, əlavə iş saatları ancaq onlara yazılsın. Rəisləri, müavinləri operatorların yanında nalayiq söyüşlərlə təhqir edir. Apardığı eksperimentlərin nəticəsində 269, 381, 290, 265 saylı quyuları bərbad hala salıb. Qadağan olunmuş yerlərdə işçilər işlədir. 273 saylı quyuya 265 saylı “ploşatka”dan qaz verilir. Biz gəmi olduqda gedib yoxlayırıq. Qaz ordan verilir burdan çıxır, ortada neft yoxdur. Halbuki əvvəllər biz 35-40 yon gündəlik neft verirdik. Tək biz yox, köməkçi sexlərin işçiləri də Sarıyevdən olduqca narazıdırlar. Çünki həmin sexlərin işçiləri də bizimlə bir vaxtda işə gedib-gəlir. Biz ailəmizi dolandırmaqdan ötrü bir ayın 17-18 gününü dənizdə keçiririk. Ümid edirik ki, bizim şikayətimizi nəzərə alacaqsınız”.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

AFN
Nərimanov adına NQÇ-nin mədən rəisi işçiləri təhqir edir- ŞİKAYƏT+FOTOFAKT
Nərimanov adına NQÇ-nin mədən rəisi işçiləri təhqir edir- ŞİKAYƏT+FOTOFAKT
Nərimanov adına NQÇ-nin mədən rəisi işçiləri təhqir edir- ŞİKAYƏT+FOTOFAKT
Nərimanov adına NQÇ-nin mədən rəisi işçiləri təhqir edir- ŞİKAYƏT+FOTOFAKT
Nərimanov adına NQÇ-nin mədən rəisi işçiləri təhqir edir- ŞİKAYƏT+FOTOFAKT
Nərimanov adına NQÇ-nin mədən rəisi işçiləri təhqir edir- ŞİKAYƏT+FOTOFAKT
Nərimanov adına NQÇ-nin mədən rəisi işçiləri təhqir edir- ŞİKAYƏT+FOTOFAKT
Nərimanov adına NQÇ-nin mədən rəisi işçiləri təhqir edir- ŞİKAYƏT+FOTOFAKT

Şərhlər

XƏBƏR LENTİ