yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Deputat kürəkəninin şirkətindən 1-ci Vitseprezidentə şikayət - MƏTN

Deputat kürəkəninin şirkətindən 1-ci Vitseprezidentə şikayət - MƏTN
6-04-2017, 13:45 110 509 dəfə baxılıb

Zəngilan rayonundan məcburi köçkün olan Vahid Sadıqov 2005-ci ildən bəri Bakıda özünün və ailəsinin başına gətirilən müsibətlərdən nəhayət ki, qurtulmaq üçün son ümid yeri kimi Azərbaycanın Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya üz tutub.

Məlumata görə, 11 ildir evi sökülən, ailəsi ilə ortalıqda qalan, ikinci dəfə ölkənin paytaxtında köçkün həyatı yaşamağa məcbur edilən Sadıqovlar ailəsi bütün instansiyalardan, məhkəmə strukturlarından keçsə də, haqq ədaləti bərpa edə bilmir ki, bilmir.

Amma onların başına gələn yeganə müsibbət tək bu deyil. Hər yerdən əli üzülən ailə indi Mehriban xanımdan kömək umur. Ailə başçısının saytımıza təqdim etdiyi çoxsaylı məhkəmə qərarları, qərardadlar və ərizələr əsl labirinti xatırladır. Bu ailəni elə bir düyünə, elə bir dolaşığa salıblar ki, onları bu qara hörümçək torundan yalnız ya fövqəl güclər, ya da ölkə rəhbərliyinin iradəsi qurtara bilər.

Ümid edirik ki, bütün məlumatların dərc edilməsinin elə bir önəmi yoxdur. Bir haklda ki, ortada məhkəmə qərarları ola-ola bu ailənin hüquqlarını qorumaq müşkülə çevrilib, onları illərdir qapıdan-qapıya qovurlar, yalnız Mehriban xanım Əliyevaya ünlanan qısa məktubu dərc edək və onların səsinin lazimi ünvana çatacağına ümid etməklə kifayətlənək:

"Çox hörmətli Mehriban xanım Əliyeva!

Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti və Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri olaraq Siz, xalqımızın tarixi, ictimai-siyasi və mədəni həyatında özünəməxsus xeyirxah əməlləriniz, müvəffəqiyyətli işləriniz və uğurlu siyasətinizlə mühüm rol oynamısınız.

Bizim ailə üzvləri, Azərbaycan Respublikasının Birinci vitse prezidenti təyin olunmanız münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə, Türk Millətinin qətiyyətli inkişafı yolunda daha böyük uğurlar arzulayırıq. Ölkəmizdə mənəvi sarsıntıya və Hüquq-Mühafizə, Ədliyyə, Məhkəmə və Səhiyyə Orqanları tərəfindən ailə üzvlərimizin ardıcıl olaraq hüquqlarının kobud surətdə pozulması, gələcəyə olan ümidlərimizi puç etmişdir.

Hörmətli, Meriban xanım, ölkəmizin məsuliyyətli tarixi bir dönəmi yaşadığı zaman Respublikamızda yüksək vəzifəyə təyin olumağınız, bizim məcburi köçkün olan ailəmizin həm sevincinə səbəb olmuş, həm də sönmüş ümidlərimizi yenidən işıqlandırmışdır.İnanırıq ki, Cənab İlham Əliyevlə Sizin birgə səyləriniz yaxın zamanda öz müsbət nəticələrini verəcək, pozulmuş hüquqlarımızın qanunla təmin olunması öz həllini tapacaqdır.

Zəngilan rayonundan məcburi köçkün olan bacım Sadıqova Zərqələm Məhəmməd qızının tikinti şirkətinin sahibi, Azərbaycan Qanunlarını himayədarlarının dəstəyi sayəsində hər addımbaşı kobud surətdə pozan, "Kapitol" tikinti şirkətinin sahibi Abbas Səfərov tərəfindən yaşayış hüququndan məhrum edilməsilə bağlı (dəymiş zərərlə bağlı Xətai rayon m-nin 20.10.1011-ci il tarixli, 2(011)1481/11saylı qətnaməsi üzrə İcra sənədinin 06.09.2013-cü il tarixdə Nəsimi rayon İcra şöbəsində icraatına başlanıb) dələduzluq hərəkətinə son qoulacaq.

Digər, Zəngilan rayonundan məcburi köçkün olan bacım Sadıqova Lətifə Məhəmməd qızının səhhətindəki nasazlıqla əlaqədar Akademik Zərifə Əliyeva adına MOM-dən 27 oktyabr 2016-cı il tarixdə 5643 N-li Tibbi Rəy verilməsinə baxmayaraq, 19saylı BŞX-nın baş həkimi Elçin Hüseynov, onun əlillik dərəcəsi almağıma süni əngəl yaradır.

Baş həkimin qanunazidd əməlləri isə Bakı ŞBSİ-nin rəhbərliyi tərəfindən himayə olunur.

Bacım Lətifə Sadıqovanın hıyat yoldaşı Mahmudov Asif Məmmədxan oğlu 2014-cü il dekabr ayında avtəqəzada dünyasnı dəyişmiş, Zəngilan rayonundan olan məcuri köçkünün ölümünün üstü avtoqəzanın istintaqını aparan orqanlar tərəfindən ört-basdır edilərək, hadisə iştirakçısı olan sürücü İminov Turqay məsuliyyətdən tam kənarlaşdırılmış, digər sürücü Tapdıqov Tahir isə ehtiyatsız kimi sənədləşdirilmışdır.

Mərhum Mahmudov Asifin ailə üzvlərinin nə məcburi köçkün olması, nə oğlu Mahmudov İlkinin hərbi xidmətdə olması, nə də onun azyaşlı övladının olması zərrə qədər də olsa İstintaq Orqanlarının əməkdaşlarının vicdanlarına təsir etməmişdir.

Hörmətli Mehriban xanım, biz Sizə inanırıq və Sizə güvənirik. Allah Sizə kömək olsun.

Vahid Sadıqov,
Zəngilan rayonundan məcburi köçkün
Tel: 0552902552 "
Qaynar


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: köçkün, məcburi, Mehriban, rayonundan, Zəngilan, xanım, tərəfindən, olması, məhkəmə, Mahmudov, onları, Sadıqova, tikinti, bacım, qərarları, təyin, sürücü, rayon, qızının, tarixi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-12-2017


15-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ