SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İlham Əliyev suyu uşaqlara verdi - Mərasimdə maraqlı anlar

İlham Əliyev suyu uşaqlara verdi - Mərasimdə maraqlı anlar

Tarix:

6-04-2017, 10:01

/ 112 430 dəfə oxundu.
İlham Əliyev suyu uşaqlara verdi - Mərasimdə maraqlı anlar

Aprelin 5-də paytaxtımızdakı Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilib.

xalqxeber.az xəbər verir ki, mərasimdə maraqlı anlar yaşanıb. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının səyahəti su ünsürünə həsr olunub. Çünki su hər bir canlı üçün həyat mənbəyidir. Paklıq və birlik rəmzi olan suyun İslamda böyük mənəvi dəyəri var və o, Xəzər dənizinin sahilində yerləşən Bakı üçün də xüsusi əhəmiyyəti ilə seçilir.

Bakıdan olan uşaq iki nüfuzlu idmançının - taekvando üzrə dünya çempionatının ikiqat mükafatçısı Rəşad Əhmədov və Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı Mariya Stadnikin müşayiəti ilə Xəzər dənizinin sahillərindən birlik rəmzi olan suyu bütün Azərbaycana paylamaq üçün toplayıb.

Sonra uşaqlar səhnəyə daxil olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər dənizindən götürülmüş suyu özləri ilə aparmaq üçün Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim etdi.

Ölkənin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edən su səyahəti bununla da 3 min kilometrdən çox məsafəni qət edəcək. Azərbaycanın müxtəlif guşələrində böyük təbii gözəlliyə malik 15 su məkanının hər birində iki atletin müşayiəti ilə yerli uşaq xüsusi mərasimdə mis qabı su ilə dolduracaq.

Prezident İlham Əliyevin göndərdiyi Xəzərin suyu ilə yanaşı, götürüləcək digər sular sonradan axşam festivalında təqdim olunacaq. Azərbaycan musiqisi və rəqsləri, möhtəşəm su effektləri və əlvan atəşfəşanlığı ilə zəngin olan bu tədbirdə hər kəs iştirak edə biləcək.

Beləliklə, səyahət başladı. “Xəzərdən başlayan səyahət” mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaq. Həmin vaxt uşaqlar ölkənin göl və çaylarından, şəlalə və bulaqlarından topladıqları Azərbaycanın saf suları ilə İslam dünyasının 50-dən çox dövlətindən olan idmançıları Oyunlarda salamlayacaqlar.

Sonda möhtəşəm atəşfəşanlıq oldu.

Dördüncü İslam Həmrəyliyi Oyunları həm ölkəmiz, həm də İslam aləmi üçün çox önəmli idman yarışı olacaq. Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik ölkədir. Digər tərəfdən, indiyə qədər Azərbaycanda bütün mötəbər beynəlxalq tədbirlərin yüksək səviyyədə baş tutması, birinci Avropa Oyunlarında qazanılan möhtəşəm qələbələr İslam Həmrəyliyi Oyunlarının da uğurla keçiriləcəyinə təminat verir. Bunu isə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, beynəlxalq miqyasdakı nüfuzu və inkişafı şərtləndirir.
İlham Əliyev suyu uşaqlara verdi - Mərasimdə maraqlı anlar
İlham Əliyev suyu uşaqlara verdi - Mərasimdə maraqlı anlar
İlham Əliyev suyu uşaqlara verdi - Mərasimdə maraqlı anlar
İlham Əliyev suyu uşaqlara verdi - Mərasimdə maraqlı anlar
İlham Əliyev suyu uşaqlara verdi - Mərasimdə maraqlı anlar
İlham Əliyev suyu uşaqlara verdi - Mərasimdə maraqlı anlar

Şərhlər

XƏBƏR LENTİ