SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qardaşı qızını qaçıran şəxs Gəncədə işləyirmiş - Yeni XƏBƏR

Qardaşı qızını qaçıran şəxs Gəncədə işləyirmiş - Yeni XƏBƏR

Tarix:

5-04-2017, 11:17

/ 61 010 dəfə oxundu.
Qardaşı qızını qaçıran şəxs Gəncədə işləyirmiş - Yeni XƏBƏR

Evli ola-ola doğma qardaşı qızını qaçıran "əmi" barədə yeni məlumat var.
Bu barədə redaksiyaya onun tanışı zəng edib.
Adının çəkilməsini istəməyən şəxs qeyd edib ki, mətbuatda əminin qardaşı qızını qaçırmasıyla bağlı yayılan xəbərlərdə onun gəncəli olduğu barədə yazılanlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, qardaşının 23 yaşlı qızını qaçıran 38 yaşlı Həsən Səfərov əslən Goranboy rayonundandır və Gəncədə işləyirmiş, ona görə də orada kirayə ev tutub yaşayırmış.
Qeyd edək ki, 3 uşaq atası olan H.Səfərov iki uşaq anası olan qardaşı qızını qaçırıb və onunla dini nikaha daxil olub. Bu barədə mətbuata H.Səfərovun həyat yoldaşı Həmidə Səfərova məlumat verib.

"Ölkə.Az"

Şərhlər

XƏBƏR LENTİ