SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Kərəm Həsənovun “səyyar rüşvət” komandası

Kərəm Həsənovun “səyyar rüşvət” komandası

Tarix:

3-04-2017, 23:24

/ 10 820 dəfə oxundu.
Kərəm Həsənovun “səyyar rüşvət” komandası

Komitə sədri pul yığmağın daha çevik üsulunu kəşf edib
Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovla bağlı redaksiyamıza ilginc informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, uzun illərdir ki, “kupça alveri”ndən milyonlarla manat məbləğində vəsait əldə edən komitə sədri, son vaxtlar qısa zamanda daha böyük miqdarda pula sahiblənmək üçün çevik rüşvət mexanizminə imza atıb. Mənbənin sözlərinə görə, özünün və yaxın çevrəsinin inandığı 5-6 nəfərdən ibarət gəncə istənilən növ daşınmaz əmlakın sənədləşdirilməsi üçün qeyri-məhdud səlahiyyət verən komitə sədri, onlardan səyyar pulkəsən maşın qismində iştirak edir:
“K.Həsənovun son vaxtlar imza atdığı ən əcaib yeniliklərdən biri heç şübhəsiz, onun bir qrup gəncin əlinə qeyri-məhdud səlahiyyət verərək onları ölkənin dörd bir yanına səpələməsi, onların vasitəçiliyi ilə təyinatından, dövlət, yaxud bələdiyyə balansında olub-olmamasından asılı olmayaraq hər cür obyektin, torpaq sahəsinin sənədləşdirilməsini həyata keçirməsidir. Belə ki, müvafiq bölgə və ərazi üzrə bütün boş torpaq sahələri və dövlət balansındakı obyektlərin xəritəsini səyyar komanda üzvləri arasında bölən K.Həsənov, həmin əmlakların özəlləşdirilməsi üçün komitə sədrinin şəxsi büdcəsinə tələb olunan qədər pul ödəməyə hazır olan hər kəsin arzusunu dərhal yerinə yetirilməsini həyata keçirməkədir. Səyyar komanda hesabına dövlət əmlakının öz dədə-baba mülkü kimi satışını həyata keçirən komitə sədri, onların elə ayaq üstəcə, səyyar şəkildə sənədləşdirilmsini təmin edir. Məsələn, əgər sizə respublikanın hər hansı nöqtəsində torpaq sahəsi və ya obyekt almaq istəyirsinizsə bunun üçün rəsmi prosedurlardan keçməyinizə, aylarla “BT”-lərə gedib-gəlməyinizə ehtiyac yoxdur. Siz elə öz isti evinizdə və ya ofisinizdə oturaraq da tələb olunan qeyri-qanuni pulu vermək müqabilində həmin əmlakla bağlı mülkiyyət şəhadətnaməsini ala bilərsiniz. K.Həsənovun doymaq bilməyən iştahı sizə bu fürsəti verir”.
Mənbənin sözlərinə görə, artıq həm ölkə paytaxtı, həm də regionlarda son bir neçə ayda yüzlərlə obyektin bu qaydada sənədləşdirilməsi həyata keçirilib. Nəticədə, milyonlarla manat vəsait birbaşa komitə sədrinin ailə büdcəsinə daxil olub.
– Komitə sədrinin səyyar komandaya təyin etdiyi əmək haqqı hansı meyarla hesablanır?
– Komitə sədrinin adamları yerli maklerlərin köməyindən necə faydalanır?
– Səyyar komanda iri biznesmen və məmurları necə ofsunlayır?

Şərhlər

XƏBƏR LENTİ