SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Prezident qoca qvardiya ilə vidalaşır: Oqtay Şirəliyev, Cahangir Əsgərov, Yaqub Eyyubov...

Prezident qoca qvardiya ilə vidalaşır: Oqtay Şirəliyev, Cahangir Əsgərov, Yaqub Eyyubov...

Tarix:

19-01-2017, 00:13

/ 8 098 dəfə oxundu.
Prezident qoca qvardiya ilə vidalaşır: Oqtay Şirəliyev, Cahangir Əsgərov, Yaqub Eyyubov...

Prezident İlham Əliyev komandasının qocalmış üzvləri ilə vidalaşmağı nəzərdə tutur

Bu barədə əldə etdiyimiz məlumatda qeyd olunur.

Hakimiyyətin gəncləşdirilməsi strategiyası bir neçə yüksək çinli məmurun vəzifəsini itirməsinə gətirib çıxara bilər. Onların “Şöhrət” və “Vətən xidmət” ordenləri ilə mükafatlandırılıb komandadan uzaqlaşdırılması planlaşdırılır.

İslahatçı komandada onlara yer olmadığı üçün ölkə başçısı hörmət-izzətlə sərəncamlarını verə bilər ki, bu da ciddi iqtidardaxili çəkişmələrə səbəb olmaz.

Əldə etdiyimiz bilgilərə görə, yaşlanmış səhiyyə naziri Oqtay Şirəliyev, AZAL prezidenti Cahangir Əsgərov, baş nazir Artur Rasi-Zadə, müavinləri Yaqub Eyyubov, İsmət Abbasov təqaüdə göndərilə bilər. Habelə, Bakı meri Hacıbala Abutalıbov da istefaya gedə bilər.

Eyni zamanda bir sıra struktur islahatları da məhz bu zaman gerçəkləşdiriləcək. Belə ki, bir-birini təkrarlayan hökumət qurumlarının bəzilərini ləğv edəcəyi, bəzilərinin isə birləşdiriləcəyi deyilir.

Azərbaycan hakimiyyəti gəncləşir. Nazirlər Kabinetində, icra hakimiyyəti strukturlarında müasir texnologiyadan bixəbər, qocalar evinə yararlı məmurlar yola salınacaq.

Prezident İlham Əliyev gənc islahatçılardan ibarət komandanın təşkili istiqamətində siyasətini möhkəmləndirəcək. Hakimiyyətin müxtəlif postlarında yerləşmiş məmur ordusu var ki, müasir texnoloji biliklərdən uzaqdır.

Onlar dövlət başçısının siyasi-iqtisadi reformalarına maneçilik törədir və islahatların tempinə uyğunlaşa bilmirlər. Azərbaycan isə dünyanın ayrılmaz parçası olduğuna görə elə 9 ildir ki, ölkə böhran içərisindədir.

Sadəcə, neft pullarının gətirdiyi şadyanalıq nəticəsində bir neçə il süni iqtisadi tərəqqi modeli yaradılmışdı. Qeyd edək ki, Azərbaycanda sosial-iqtisadi vəziyyət çətinləşir. İnsanlar gündəlik həyatında problemlərin dərinləşdiyini, dolanışığın əzaba çevrildiyini, borcların artdığını və qiymətlərin günbəgün bahalaşdığını hiss etməkdədir.

Dolların bahalaşması və manatın ucuzlaşması, islahatların ləngliyi, monopoliyanın qalması vəziyyəti ağırlaşdırır. Bu baxımdan idarəetmədə çevik addımlar ata bilən kadrların vəzifələrə gətirilməsi labüddür.

Şərhlər

XƏBƏR LENTİ