SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nəriman Əliyevin möhtəşəm villalarından birinin FOTOsu

Nəriman Əliyevin möhtəşəm villalarından birinin FOTOsu

Tarix:

3-04-2017, 16:35

/ 14 547 dəfə oxundu.
Nəriman Əliyevin möhtəşəm villalarından birinin FOTOsu

Son vaxtlar millət vəkili Nəriman Əliyevin adı “Ştutqart” mağazalar şəbəkəsi ilə bağlı hallanır. Belə ki, vətəndaş Fərhad Rəfiyevin mətbuata müraciətlərindən bəlli olur ki, şirkət ona böyük miqdarda (300 min manat) ziyan vurub. Bu işdə isə “Ştutqart” mağazalar şəbəkəsinin rəhbəri, Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayevin adı qeyd olunur. Əfqan Abdulalyev isə vətəndaşa dəyən zərəri ödəmək istəmir.
Bildirək ki, cəmiyyətdə hər kəs “Ştutqart”ın Nəriman Əliyevə məxsus olduğunu bilir. Lakin rəsmi sənədlərdə Nəriman Əliyevin adı heç bir yerdə çəkilmir.
Bütün bunlar öz yerində. Ancaq görəsən millət vəkili kimi müəyyən məbləğdə əmək haqqı alan Nəriman Əliyev dəyəri milyonlarla ölçülən aşağıdakı villanı necə tikdirib..? Bu villa deputata məxsus əmlakın kiçik bir hissəsidir.
Paytaxtın Həsən Əliyev küçəsində yerləşən villanın fotosunu diqqətinizə çatdırırıq.

NUH.az
Nəriman Əliyevin möhtəşəm villalarından birinin FOTOsu
Nəriman Əliyevin möhtəşəm villalarından birinin FOTOsu

Şərhlər

XƏBƏR LENTİ