SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakı şəhər DYP sifarişlə işləyir-ŞİKAYƏT+FOTOLAR

Bakı şəhər DYP sifarişlə işləyir-ŞİKAYƏT+FOTOLAR

Tarix:

1-04-2017, 14:50

/ 32 750 dəfə oxundu.
Bakı şəhər DYP sifarişlə işləyir-ŞİKAYƏT+FOTOLAR

Səbail rayonu, Qurban Abbasov ev 7, mənzil 1-də yaşayan Çıraqzadə Nail Rəfail oğlu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən üzləşdiyi haqsızlıqla bağlı redaksiyamıza müraciət edib.
Taksi fəaliyyəti ilə məşğul olduğunu deyən N.Çıraqzadə bildirir ki, martın 28-də idarənin müşayiət-eskort bölüyünün YPX inpektoru polis kiçik serjantı Kərimli Pərviz Vaqif oğlu tərəfindən haqsızlıqla üzləşib: “Kərimli Pərviz həmin gün “Azneft” dairəsində mənə sifarişlə protokol tərtib edib. Belə ki, fotolardan da gördüyünüz kimi, “Dodge” markalı 10 VF 633 nömrə-nişanlı avtomobil mənim qarşımda saxladı, hətta elə bir dərəcədə yaxında ki, mən maşınların toqquşmasından ehtiyat edib siqnal verdim. Həmin avtomobilin sürücüsü yox, yanında oturan vətəndaş mənimlə mübahisə etdi. Belə başa düşdüm ki, avtomobil onun olsa da, idarə edən şəxsi sürücüsü idi, amma sürücü bir tərəfdə qala-qala o adam mənimlə çox biədəb sözlərdən istifadə etməklə mübahisə etdi. Hansı ki, mən burada o sözləri işlədə bilmirəm. Dayanacaqda qadın, uşaq var idi, bu, fotolarda da var, amma o buna da məhəl qoymadı. Biz mübahisə etdikdən sonra mənə dedi ki, sən burada dayanmayacaqsan. Dedim ona ki, mən on ildir burda dayanıram, taksi fəaliyyəti ilə məşğulam, 1996-cı ildən də atam burda – “Azneft” dairəsində dayanıb taksi işlədir. Qeyd edim ki, hadisə Muğam evinin yanında baş verib. Həmin adam dedi ki, 5 dəqiqəyə səni burdan götüzdürəcəm. Dedim gedin nə istəyirsiz edin. 5 dəqiqədən sonra həqiqətən də polislər gəldilər. Polis kiçik serjantı Kərimli Pərviz Vaqif oğlu məndən sənədlərimi tələb etdi. Səbəbini soruşduqda dedi ki, burda dayanma-durma qadağandır. Mən də razılaşdım, sənədlərimi təqdim etdim, 20 manat cərimə yazdılar. Mən yazılan cəriməyə etiraz etdim, bildirdim ki, orda cərimə 20 yox, 40 manat olmalıdır, çünki biz dayanacağa yaxın bir yerdə idik. Amma bizim qarşımızda dayanan “Dodge” markalı avtomobil demək olar ki, dayancağın içərisində idi, mən ondan bir qədər arxada idim. Protokol qeyd edildikdən sonra dedim polislərə ki, sizi bura o avtomobilin sahibi göndərib məni cərimə edib burdan uzaqlaşdırasız deyə. Kərimli Pərviz Vaqif oğlu dedi ki, mənə göstəriş belə verilib. Dedim göstəriş verilibsə həmin avtomobil, onun qarşısındakı 3 avtomobil də qaydanı pozublar, onları da cərimələyin da, qanun hamı üçün qanundur axı. Həmin polis işçisi bir daha dedi ki, mənə məhz sizinlə bağlı göstəriş verilib, sizi yazmalıyam. Dediyi kimi də elədi, mənə cərimə yazdı, digər maşınların heç birinə cərimə yazılmadı. Mən görüntüləri çəkdikdən sonra DİN-in 102 xidmətinə müraciət etdim, bildirdim ki, Bakı şəhərində yol polisi qayda-qanuna riayət etmir. Gərək polis birinci özü qayda-qanunlara riayət etsin ki, vətəndaşdan da bunu tələb edə bilsin. Mən şəkilləri çəkəndən sonra polisin işarəsilə sürücü gəlib həmin avtomobili oradan götürdü. Polisə bildirdim ki, axı mən qulağımla eşitdim, həmin adam zəng edib kiməsə məni işarə verəndə, siz niyə sifarişlə işləyirsiz? Polis bir daha dedi ki, göstəriş belə verilib”.
N.Çıraqzadə həmin ərazidə dayanan 402 saylı DYP-yə yaxınlaşıb hadisə haqqında məlumat verib. Lakin onlar da məsələyə müdaxilə etməyiblər: “Talıb müəllim mənə bildirdi ki, belə bir şey ola bilməz. Halbuki mənim protokolum da var, fotolar da, sübutlar da, hətta Kərimli Pərviz özü öz dili ilə dedi ki, göstəriş belə verilib. 20 manat cərimə böyük məbləğ deyil, mən onu ödəyəcəm də, amma necə olur ki, qanun təkcə kimsəsiz, sözü keçməyən vətəndaş üçün tətbiq olunur, əli hər yerə çatanlara yox? Bu necə polislikdir? Necə olur bu insan göstərişlə gəlib mənə cərimə yazır, mənlə eyni qaydanı pozan sürücüyə yazılmır? Niyə məni təhqir edən, üstəlik, bütün qayda-qanunları kobudcasına pozan adam heç nə olmamış kimi getməlidir, mən isə onun sifarişi ilə cərimə ödəməliyəm? Aidiyyatı şəxslərdən xahiş edirəm, bu haqsızlığa reaksiya versinlər. Orda məndən başqa 5-6 avtomobil dayanmışdı, amma heç kimə yox, mənə cərimə yazıldı. O da dediyim kimi, sifarişlə. Bu böyük bir haqsızlıqdır və mən sinirə bilmirən. Üstəlik, bu hal tendensiyaya çevrilə bilər, belələri cəzalanmasa başqaları da eyni hərəkəti edəcək”.
Bakı şəhər DYP sifarişlə işləyir-ŞİKAYƏT+FOTOLAR
Bakı şəhər DYP sifarişlə işləyir-ŞİKAYƏT+FOTOLAR
Bakı şəhər DYP sifarişlə işləyir-ŞİKAYƏT+FOTOLAR
Bakı şəhər DYP sifarişlə işləyir-ŞİKAYƏT+FOTOLAR
Bakı şəhər DYP sifarişlə işləyir-ŞİKAYƏT+FOTOLAR
Bakı şəhər DYP sifarişlə işləyir-ŞİKAYƏT+FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ