yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Bakıda yeni fırıldaqçı peyda olub - Diqqət + Video

Bakıda yeni fırıldaqçı peyda olub - Diqqət + Video
31-03-2017, 13:53 15 029 dəfə baxılıb

Bakıda yeni fırıldaqçılıq metodundan istifadə olunub. Sosial şəbəkələrdə paylaşılan oğurluq videosunda bir kişi mağazaya daxil olaraq qonşu mağazada işlədiyini və 100 manatlığa 2 ədəd 50 manatlığın olub-olmamasını soruşur.
Fırıldaqçının qurbanı olan xanım bu haqda yazıb: “Bu videonu hər yerdə paylaşın, bu oğrunu hamı tanısın. Bu adam bu gün mənim mağazama girib “qarşıdakı saat dükanından gəlmişəm, orda işləyirəm, bəs, məni tanımadınız” dedi.

Mən də təəccüblü şəkildə “tanımadım” dedim. “Qonşuyuq, qonşu saat dükanından gəlmişəm. 100 AZN-ə iki 50 AZN olmaz?”. Baxdım, dedim, “1 dənə 50 manatdı”. Bu da qayıtdı ki, “50-ni verin, o biri 50-ni də “9-ay” hamiləlik dükanından alacam. Xırdamız olmayanda ordan götürürük. Sizin pulu birgə “9-ay”a qoyaram, ordan götürə bilərsiz”. Mən də “hə” dedim.

Qısası belə “salidni viddə” girib ele çıxış elədi ki, mənim də təmiz beynim dondu, heç nə ağlıma gəlmədi sual verməyə. Arxasınca baxdım ki, görüm, “9-ay” dukanına gedir ya yox? Gördüm, taksiyə minir. Paylaşın hamı bu alcağı tanısın. Girib mağazalarda heç kimə ata bilməsin, bir də nəsli, kökü görsün ki, belə hamıya ata-ata asan pul dilənir”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: dükanından, dedim, girib, gəlmişəm, qonşu, mənim, tanısın, ordan, “salidni, viddə”, bilərsiz”, çıxış, Qısası, elədi, götürə, Xırdamız, alacam, hamiləlik, olmayanda, götürürük
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ