SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Sidən artıq dərəcədə xahiş edirik ki, bizə köməklik göstərəsiniz" - ŞİKAYƏT

"Sidən artıq dərəcədə xahiş edirik ki, bizə köməklik göstərəsiniz" - ŞİKAYƏT

Tarix:

31-03-2017, 09:44

/ 6 343 dəfə oxundu.
"Sidən artıq dərəcədə xahiş edirik ki, bizə köməklik göstərəsiniz" - ŞİKAYƏT

Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən N saylı hərbi şəhərcikdə ev 4, mənzil 1 ünvanında yaşayan ehtiyatda olan gizir Qəribov Qədir Müzəffər oğlu tərəfindən Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanlanmış məktub daxil olub.

Q.Qəribovun məktubunu olduğu kimi təqdim edirik:

“Hörmətli Mehriban xanım Əliyeva!

Bu məktubu sizə son ümid yeri bilərək yazıram və sizdən acizanə şəkildə kömək istəyirəm.
Mehriban xanım, əvvəlcə qeyd edim ki, mən ehtiyatda olan gizir Qəribov Qədir Müzəffər oğlu 1994-cü ildə N saylı hərbi hissədə xidmət etmişəm. Mənə Buzovna qəsəbəsində yerləşən həmin hərbi hissənin şəhərciyində, ev 4, mənzil 1-də 2 otaq verilib. 2001-ci ildə ordudan təxris olunub ehtiyata buraxılmışam. 23 ildir ki, həmin mənzildə yaşayıram və indiyə qədər bütün komunal xərcləri ödəmişəm.

Mart ayında mənə Müdafiə Nazirliyindən hərbi hissənin komandiri Akif Cumayevin və hərbi hissənin Mənzil-istismar xidməti rəisi Qaraş Rüstəmovun imzaladığı bildiriş göndərilib. Bildirişdə göstərilir ki, bizim Buzovna 1- hərbi şəhərciyi ev 4, mənzil 1 ünvanında yaşamağımız qeyri-qanuni sayılır. Və biz 25 aprel tarixinə qədər adıçəkilən mənzili boşaldaraq hərbi hissənin Mənzil-istismar xidmətinə təhvil verməliyik. Əks halda yuxarı komandanlığa müraciət olunaraq barəmdə lazımi tədbirlər görüləcək.

Mehriban xanım, onu da qeyd edim ki, yaşadığımız hərbi şəhərcikdə hazırda hərbi hissə yoxdur və ərazidə ancaq 16 nəfərlik taxta evlər mövcuddur. İndi bizdən evləri boşaltmağı tələb edirlər. Ancaq bizim getməyə başqa yerimiz yoxdur. Bilmirik ki, bunların fikri nədir, bizi bu evlərdən çıxartmaqla öz torpağımızda, öz dövlətimizdə köçkünə çevirmək istəyirlər.

Mən iki oğul, iki əsgər atasıyam. Böyük oğlum hərbi xidmətdən təzə gəlib, digəri isə hərbi xidmətə getməyə hazırlaşır. İndi mən yaşımın bu vaxtında hara gedim, kimin qoltuğuna sığınım, bilmirəm... Çarəsiz vəziyyətdə qalmışıq, bilmirik nə edək, dərdimizi kimə deyək. Mənzil-istismar xidməti də bizi başa düşmək istəmir ki, getməyə yerimiz yoxdur. Biz bilirik ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərişi var ki, heç kimi evlə təmin etməmiş yaşadığı evdən çıxarmaq olmaz. Ancaq bunlar prezidentin göstərişinə belə məhəl qoymurlar.

Mehriban xanım, ümidimiz ancaq sizədir. Sidən artıq dərəcədə xahiş edirik ki, bizə köməklik göstərəsiniz.

Qəribov Qədir Müzəffər oğlu
Telefon: 050 662-48-60”

moderator

Şərhlər

XƏBƏR LENTİ