yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Metroda öpüşmək qadağandırmı? - RƏSMİ AÇIQLAMA

Metroda öpüşmək qadağandırmı? - RƏSMİ AÇIQLAMA
30-03-2017, 11:57 14 217 dəfə baxılıb

Jurnalist Xaqani Səfəroğlunun metroda öpüşmək istəyən gənclərə sərt reaksiyası sosial şəbəkələrdə qızğın müzakirəyə səbəb olub.

Bəziləri “onlar cavandır” deyə cütlüyə dəstək verib, bəziləri isə eyni halla rastlaşsalar, X. Səfəroğlu kimi reaksiya verəcəklərini dilə gətirib.

Bəs gənclərin metroda öpüşməsinə hər hansı qadağa varmı? Lent.az metropoliten rəhbərliyinin bu məsələ ilə bağlı mövqeyini öyrənib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, metro istifadəçiləri üçün qanunla tənzimlənmiş davranış qaydaları var və metro rəhbərliyi də bu qaydaların pozulmasına cavabdehdir.

N.Paşayev deyib ki, sərnişinlərə qadağan edilmiş hərəkətlər arasında "öpüşmək" yoxdur: “Buna qarşı nə isə etmək düzgün olmaz. İnsanlar özləri bir-birini nəzərə almalıdır. Ümumiyyətlə, ictimai yerlərdə asayişin qorunması ilə bağlı qaydalar var. Metroda ictimai asayişin pozulmasına nəzarət edən polis əməkdaşları xidmət göstərir. Əgər kimsə ictimai asayişi pozursa, düzgün davranmırsa, bundan narahat olan sərnişinlər polis əməkdaşına müraciət edə bilər. Əhaliyə də müraciət edərək deyə bilərik ki, insanlar bir-birinə qarşı hörmətli olsunlar”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: ictimai, müraciət, metro, Paşayev, bağlı, qarşı, düzgün, polis, pozulmasına, metroda, asayişin, öpüşmək, özləri, Ümumiyyətlə, birini, nəzərə, almalıdır, İnsanlar, “Buna, qadağan
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ