SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bağlanan universitetlərin tələbələrinə seçim imkanı yaradılacaqmı? - Açıqlama

Bağlanan universitetlərin tələbələrinə seçim imkanı yaradılacaqmı? - Açıqlama

Tarix:

18-01-2017, 16:25

/ 1 987 dəfə oxundu.
Bağlanan universitetlərin tələbələrinə seçim imkanı yaradılacaqmı? - Açıqlama

“Qafqaz” Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlanıldığı və ləğvetmə komissiyasının yaradıldığı barədə Təhsil Nazirliyini məlumatlandırıb, bununla bağlı qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsinə köməklik göstərilməsini xahiş edib.Azərbaycan Respublikası Təhsil Nazirliyi tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.

Qafqaz Universitetinin tələbələrinin verdiyi məlumata görə onları hələ bağlanış və köçrülmə barədə məlumatlandırmayıblar. Nəzərə alsaq ki, bu universitetin tələbələri qəbul imtahanında yüksək bal toplayıb, onlar ölkənin istənilən unversitetində təhsillərini davam etdirə bilərlər. Tələbələri də əsas bir sual maraqlandırır.

Köçrülmə zamanı seçim imkanı yaradılacaqmı?

Məsələ ilə bağlı açıqlama verilən Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, köçrülmə prossesi tədris planına uyğun olaraq tənzimlənəcək:

"Bu məsələ ilə bağlı işçi qrupu fəaliyyət göstərəcək. Tələbəlin universitet seçminə gəldikdə isə bu qərarı da işçi qrupu verəcək. İxtisasına və topladığı bala uyğun olaraq yekun qərar qəbul olunacaq və tələbə digər universitetə yerləşdiriləcək".

Məlumat üçün qeyd edək ki, bu ay artıq ikinci unversitetin fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul olunub. Bundan öncə isə "Təfəkkür" Unversitetinin fəaliyyətinin dayandırılması və tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsini ilə bağlı qərar qəbul edilmişdi.

Şərhlər

XƏBƏR LENTİ