SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Mərkəzi küçələr 5 gün bağlı olacaq - DİQQƏT!

Mərkəzi küçələr 5 gün bağlı olacaq - DİQQƏT!

Tarix:

27-03-2017, 19:43

/ 1 537 dəfə oxundu.
Mərkəzi küçələr 5 gün bağlı olacaq - DİQQƏT!

Azərbaycanda "Formula-1" yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyunun 23-25-də paytaxtda keçiriləcək Azərbaycan Qran Prisi ilə bağlı hazırlıq işlərini davam etdirir.
Bakı Şəhər Halqasından verilən məlumata görə, bu gündən etibarən trekin keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərinə start verilir. Trekin Xəqani küçəsinin Puşkin və Bülbül küçələri ilə olan kəsişmələri arasındakı hissəsində martın 27-dən 31-dək hər gün saat 22:00-dan 06:00-dək baryerlərin quraşdırılması işləri aparılacaq.
Paytaxt sakinlərindən göstərilən müddət ərzində bu ərazidə avtomobillərini park etməmək xahiş olunur.

Şərhlər

XƏBƏR LENTİ