SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hacı Mazan şok vəziyyətindən çıxarıldı - Ciyərləri ciddi zədələnib

Hacı Mazan şok vəziyyətindən çıxarıldı - Ciyərləri ciddi zədələnib

Tarix:

4-07-2019, 18:30

/ 1 363 dəfə oxundu.
Hacı Mazan şok vəziyyətindən çıxarıldı - Ciyərləri ciddi zədələnib

İki gün əvvəl Neftçalada ağır yol qəzası nəticəsində xəsarət alan Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalovun son durumu açıqlanıb.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının mətbuat katibi Günel Aslanova Oxu.Az-a açıqlamasında bildirib ki, onun ağciyərinə ciddi ziyan dəyib.

Hacı Mazanın yenidən əməliyyata alınacağını bildirən G.Aslanova bunun iş adamının vəziyyətindən asılı olduğunu dilə gətirib:

“Ramazan Zeynalov hazırda reanimasiya şəraitində saxlanılır. Onun ağciyərlərinə ciddi ziyan dəyib. Həkimlərin müdaxiləsi ilə xəstə şok vəziyyətindən çıxarılıb. İki gündür stabil vəziyyətdə saxlanılır. Həkimlər əməliyyat üçün ciyərlərin vəziyyətini müşahidə edir. Xəstə bir az daha özünə gəldikdən sonra vəziyyətinə uyğun olaraq əməliyyata alınacaq”.

Şərhlər

XƏBƏR LENTİ