SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanlı sürücülər Rusiyaya gedə bilməyəcək - QADAĞA

Azərbaycanlı sürücülər Rusiyaya gedə bilməyəcək - QADAĞA

Tarix:

24-03-2017, 14:49

/ 2 319 dəfə oxundu.
Azərbaycanlı sürücülər Rusiyaya gedə bilməyəcək - QADAĞA

İyulun 1-dən xarici ölkə sürücülük vəsiqələri ilə Rusiyada işə düzəlmək olmayacaq. Bu qanun pozuntusu baş verəcəyi halda sürücüləri 50 min rubl- 1500 manata yaxın cərimə gözləyir.

"Yol hərəkətinin təhlükəsizliyi haqqında" qanuna dəyişiklik hələ 2013-cü ildə qəbul olunsa da, nəqliyyat şirkətləri hazır olmadığı üçün icrası yubanırdı. İndi Rusiya Federasiyasının sürücülük vəsiqəsini almaq üçün müraciət edilsə belə, iyula qədər xeyli az vaxt qalır. Bunun üçün mütləq sürücülük məktəbinə qəbul olub, oxumaq və imtahan vermək tələb olunur.

"Taksist" Həmkarlar Təşkilatının rəhbəri Yaroslav Şerbinin hesab edir ki, təkcə Moskvada sürücülərin 20 faizi problemlə qarşılaşacaq. Çünki onların əksəriyyətinin vəsiqəsi Özbəkistan və Tacikistanda verilib.

Moskva Sürücülük Məktəbləri İttifaqının sədri Aleksandr Açkasov bildirib ki, xarici vətəndaşlar indidən özlərinə "vasitəçi" axtarmağa başlayıblar. Məqsəd həmin imtahanları "keçməkdir". Çünki onlar heç vaxt sürücülük məktəbi oxumayıblar.

Şərhlər

XƏBƏR LENTİ