SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Deputat Rəfael Cəbrayılov SSRİ-nin həsrətini çəkir - VİDEO

Deputat Rəfael Cəbrayılov SSRİ-nin həsrətini çəkir - VİDEO

Tarix:

18-01-2017, 14:33

/ 3 133 dəfə oxundu.
Deputat Rəfael Cəbrayılov SSRİ-nin həsrətini çəkir - VİDEO

Milli Məclisin deputatı Rəfael Cəbrayılov özünün Facebook hesabında tez-tez Sovet Sosialist Respublikaları İttifaqını(SSRİ) xatırladan video materiallar paylaşır.

Deputatın nostalji hisslərindən irəli gəldiyinə şübhə etmədiyimiz bu materiallarda SSRİ dönəmlərində insanların həyat şəraitinin daha yaxşı olması, uşaqların xoşbəxt böyüməsi, səhiyyənin və təhsilin pulsuz olması, cəmiyyətin ədalət prinsiplərilə idarə olunması kimi məsələlərdən bəhs olunur.

R.Cəbrayılov belə videolardan birini də bu gün paylaşıb. “Vot takoye bılo destvo” adlı videomaterialda SSRİ zamanındakı “qayğısız uşaqlıq illəri” yada salınır.

Hər halda müstəqil Azərbaycanın Parlamentində təmsil olunan deputatın SSRİ-nin bu qədər həsrətini çəkməsi çox maraqlıdır. Xüsusən də onun Rusiya xarici işlər naziri Serqey Lavrovun Dağlıq Qarabağla bağlı məlum açıqlamasının ardınca İmperiya sevdalı video paylaşması diqqətdən kənarda qala bilməz.

Deputatın paylaşdığı videonu təqdim edirik. Lakin görüntüləri müşayət edən və bilavasitə imperialist təfəkküründən irəli gələn musiqi parçalarını materialdan çıxarmışıq.

missiya.az



Deputat Rəfael Cəbrayılov SSRİ-nin həsrətini çəkir - VİDEO

Şərhlər

XƏBƏR LENTİ