SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yeni Yasamal sakinləri bu DYP naryadından Ramiz Zeynalova şikayət etdi- FOTO

Yeni Yasamal sakinləri bu DYP naryadından Ramiz Zeynalova şikayət etdi- FOTO

Tarix:

20-06-2019, 12:42

/ 1 840 dəfə oxundu.
Yeni Yasamal sakinləri bu DYP naryadından Ramiz Zeynalova şikayət etdi- FOTO

Bakının Yeni Yasamal ərazisi Dadaş Bünyadzadə küçəsində yaşayan bir qrup sakin Azinforum.az-a müraciət edərək 10 YP 222 dövlət nömrə nişanlı avtomobili idarə edən Orxan adlı polis nəfərinin əməlindən cana doyduqlarını deyirlər. Sakinlərin sözlərinə görə, avtomobili idarə edən şəxsin Yasamal DYP-nin əməkdaşı olduğu bildirilir. Şikayətçilər DYP naryadının xidməti düzgün aparmadığı və bunun da nəticəsində onların rahatlığının pozulduğunu qeyd edirlər: “Biz hansısa polis naryadının öz vəzifə borcunu yerinə yetirməsinin əleyhinə deyilik. Ancaq bu adamlar gecə-gündüz bilmədən, çox yüksək səsli olan “sirena” siqnalını birləşdirib ərazidə maşın qovurlar. İnanın ki, bütün yuxumuzu və istirahətimizi pozublar. Bir neçə dəfə irad bildirsək də, məhəl qoymurlar. Üstəlik də, həmin Orxan avtomobili çox yüksək sürətlə idarə edir. Sizdən xahiş edirik bizim sözügedən polis naryadından olan şikayətimizi DYP rəhbəri cənab Ramiz Zeynalovun diqqətinə çatdırasınız”.

Azinforum.az
Yeni Yasamal sakinləri bu DYP naryadından Ramiz Zeynalova şikayət etdi- FOTO
Yeni Yasamal sakinləri bu DYP naryadından Ramiz Zeynalova şikayət etdi- FOTO

Şərhlər

XƏBƏR LENTİ