SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Rövşən Lənkəranski ilə bağlı yeni xəbər - FOTO

Rövşən Lənkəranski ilə bağlı yeni xəbər - FOTO

Tarix:

23-03-2017, 15:52

/ 2 660 dəfə oxundu.
Rövşən Lənkəranski ilə bağlı yeni xəbər - FOTO

Ötən il avqustun 18-də İstanbulda qətlə yetirilən məşhur kriminal avtoritet Rövşən (Canıyev) Lənkəranskinin abidəsi hazırlanır.

Lənkərandakı “Kiçik bazar” məzarlığında dəfn olunmuş mərhumun başdaşı hələ qoyulmayıb.

"Qanuni oğrunun böyük bir abidəsi sifariş olunub və onun ölçülərinə uyğun divar hörülüb.

Novruz bayramı axşamı mərhumun yaxınlarının onun qəbrini ziyarət edib. Lənkəranskinin məzarının ətrafı gül çələngləri ilə əhatələnib.

Burada onun müxtəlif bölgələrdən olan dostlarının göndərdiyi çələnglərin üstündə başsağlığı mesajlarını görmək olar.

Məlum olub ki, Lənkəranskinin ailəsi Bakıya köçüb və paytaxda yaşayır. Onun uşaqları Bakıda məktəbə gedir. Hazırda ata evində heç kim yaşamır.

Xatırladaq ki, R.Lənkəranski İstanbulda oteldən çıxıb avtomobilinə mindikdən sonra gülləbaran edilib.

Rövşən Lənkəranski ilə bağlı yeni xəbər - FOTO
Rövşən Lənkəranski ilə bağlı yeni xəbər - FOTO

Şərhlər

XƏBƏR LENTİ